BAKI, 19 iyul — Sputnik. ABŞ prezidenti Barak Obama İranın nüvə proqramının dondurulmasına və Tehrana qarşı sanksiyaların yumşaldılmasına dair əldə olunan tarixi sazişin detallarını açıqlayıb.
Sputnik-in məlumatına görə, ABŞ prezidenti xalqa ənənəvi həftəlik müraciətində qeyd edib ki, saziş İranın uran ehtiyatlarının 98 faiz azaldılmasını nəzərdə tutur. Bundan başqa, zənginləşdirilmiş uranın istehsalında istifadə olunan sentrifuqların sayı 20 mindən 6 minədək azaldılacaq.
İran həmçinin Ərak reaktoruna dəyişiklik edərək bir daha silah məqsədli radioaktiv plutonium istehsal etməməlidir. İran yaxın 15 il ərzində ümumiyyətlə bu tip reaktor tikməməlidir.
Bu proses İranın obyektlərini daim yoxlayacaq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) hərbi ekspertlərinin nəzarətində olacaq.
Razılaşmada əks olunan müddəalardan hər-hansı biri pozularsa, İrana qarşı bütün iqtisadi sanksiyalar yenidən qüvvəyə minəcək.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.