Али Хаменеи

Əli Xameneyi: İranın ABŞ-a münasibəti dəyişməyəcək

232
Ali lider bəyan edib ki, İranla ABŞ-ın Yaxın Şərq siyasəti tamamilə bir-birinin əksidir.

BAKI, 18 iyul — Sputnik. İranın ali dini lideri ayətulla Əli Xameneyi bu gün bəyan edib ki, Tehranla Vaşinqtonun Yaxın Şərqlə bağlı siyasəti üst-üstə düşmür. 

Sputnik İranın Press Tv-sinə istinadən xəbər verir ki, Ramazan ayının başa çatması münasibətilə etdiyi çıxışda Xameneyi ABŞ-ın Yaxın Şərq regionundakı siyasətinin İranın siyasətinə zidd olduğunu deyib.

Bu səbəbdən də İranın ali lideri qeyd edib ki, Tehran ABŞ-la beynəlxalq məsələlərdə dialoq aparmağa hazırlaşmır. İran nüvəsi ilə bağlı danışıqlar isə istisnadır. 

Ayətulla həmçinin əlavə edib ki, nüvə məsələsinə dair əldə olunan razılaşmaya baxmayaraq, İran təkəbbürlü siyasət tərəfdarı olan Birləşmiş Ştatlara münasibətini dəyişməyəcək.

Xamneyi müqəddəs Ramazan ayının başa çatmasından sonra siyasətçilərə nüvə məsələsi ilə bağlı Vyanada əldə olunan razılaşmanı bir daha tədqiq etməyə və onun İran milli maraqlarına tam cavab verməsindən əmin olmağa dair göstəriş verib.

“İran müharibə tərəfdarı deyil, lakin nüvə razılaşmasında İranın maraqlarına zidd olan nəsə olsa, İran ABŞ-a lazımi cavabı verəcək.” —  deyə Xameneyi əlavə edib. 

İranın atom problemi ilə bağlı çox çətin gedən danışıqlar nəhayət ki, uğurla başa çatıb. Qəbul olunmuş fəaliyyət planı BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İrana tətbiq edilən maliyyə və iqtisadi sanksiyaları tamamilə aradan qaldırmağa yönəlib. İranla "Altılıq" ölkələri arasında bu istiqamətdə danışıqlar on ildən  artıq idi ki, davam edirdi. Danışıqların yekun raundu 18 gün ərzində Vyanada keçirilib. 

232