Виктория Нуланд

ABŞ Rusiyanı yenə hədələdi

147
(Yenilənib 12:30 18.07.2015)
Viktoriya Nuland: Rusiya və onun Donetsk və Luqanskdakı qüvvələri öhdəlikləri yerinə yetirməsə, bu onlara başa başa gələcək.

BAKI, 18 iyul — Sputnik. Rusiya Donbassda münaqişəni genişləndirəcəyi təqdirdə, ABŞ Moskvaya təzyiqi gücləndirəcək.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibinin köməkçisi Viktoriya Nuland "Şuster Liva" proqramının efirində ukraynalı jurnalist Savik Şusterə müsahibəsində deyib.

"Biz bildirmişik ki, Minsk razılaşması tam icra olunana qədər sanksiyalar qüvvədə qalacaq” — deyə Nuland bildirib.

 ABŞ hökumətinin Ukraynaya hərbi yardım göstərdiyini xatırladan Nulandın sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çərçivəsində hərbçilərin hazırlığı üçün 150 milyon dollar ayırıb.

 "Biz ümid edirik ki, ABŞ-ın təzyiqləri Rusiyanı və Rusiya hökumətinin Donetsk və Luqanskdakı qüvvələrini öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək. Əks halda bu, onlara baha başa gələcək. Biz heç nəyi istisna etmirik" — deyə dövlət katibinin köməkçisi bildirib.

147