FIFA və onun baş sponsoru Coca-cola

Coca-Cola FIFA-nın qarşısına sərt tələb qoyub

218
(Yenilənib 11:02 18.07.2015)
Baş sponsoru FIFA-nı korrupsiya qalmaqallarından "təmizlənmək" üçün müstəqil komissiya yaratmağa çağırıb.

BAKI, 18 iyul — Sputnik. FIFA-nın baş sponsorlarından biri — Coca-Cola şirkəti, FIFA-nı islahatlarla bağlı müstəqil komissiya yaratmağa çağırıb. 

Sputnik AP-ə istinadən xəbər verir ki, şirkət bu komissiyanın yaradılmasında əsas məqsədin təşkilatda bir sıra dəyişiklikləri həyata keçirmək, Beynəlxalq Futbol Federasiyasını korrupsiya qalmaqallarından "təmizləmək" olduğunu qeyd edib. Adı açıqlanmayan mənbənin sözlərinə görə, Coca-Cola Beynəlxalq Futbol Federasiyasından reputasiyasının və azarkeşlərin etimadının geri qaytarılması üçün səylərini artırmağı tələb edir.

Mayın 27-də Sürixdə təşkilatın yüksək vəzifəli şəxsləri korrupsiya ittihamı ilə həbs olunublar. İyunun 2-də artıq beşinci dəfə FIFA-ya prezident seçilmiş Yozef Blatter postunu tərk etdiyini açıqlayıb.

İyulun 20-də FIFA-nın növbədənkənar iclası olacaq və orada qurumun yeni rəhbərinin seçim tarixi müəyyən ediləcək.  

Coca-cola korporasiyası 1974-cü ildən FIFA-nın sponsorudur. 

218