Ruhani: İran daha "dünya üçün təhlükə" adlandırılmayacaq

23
(Yenilənib 16:33 15.07.2015)
İran prezidenti Vyana sazişini İranın qanuni, texniki və siyasi qələbəsi adlandırıb.

BAKI, 15 iyul — Sputnik. Bundan sonra İran "dünya üçün təhlükə" adlandırılmayacaq. İran İslam Respublikasının prezidenti Həsən Ruhani İranla "Altılıq" ölkələri arasında ötən gün bağlanan sazişi dəyərləndirərkən belə deyib. 

Sputnik İran televiziyasının məlumatına istinadən xəbər verir ki, Ruhani nüvə proqramı sazişini İran dövlətinin siyasi qələbəsi adlandırıb. 

"Heç kəs İranın danışıqlarda təslim olduğunu deyə bilməz. Əldə olunan Saziş İranın qanuni, texniki və siyasi qələbəsidir. Bundan sonra İran "dünya üçün təhlükə" adlandırılmayacaq, bu bizim üçün böyük nailiyyətdir” — deyə İran prezidenti bildirib.

İyulun 15-də Vyanada İranla "Altılıq" ölkələri arasında İranın nüvə proqramı ilə bağlı saziş imzalanıb. 

23
Teqlər:
nüvə sazişi, Altılıq, Həsən Ruhani, İran İslam Respublikası, İran
Mövzu:
İran nüvə razılaşması (13)

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

7
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

7
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi