Tələbə

Bu gün I IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

67
(Yenilənib 11:08 14.07.2015)
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.

BAKI, 14 iyul Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Sputnik TQDK-nın mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda — saat 11-də başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Məlumat üçün bildirək ki, imtahanda 26920 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 24074 nəfəri (I qrup üzrə 19959 nəfər, IV qrup üzrə 4115 nəfər) Azərbaycan bölməsinin, 2846 nəfəri (I qrup üzrə 2422 nəfər, IV qrup üzrə 424 nəfər) isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 15809 nəfəri (I qrup üzrə 13990 nəfər, IV qrup üzrə 1819 nəfər) oğlanlar, 11111  nəfəri (I qrup üzrə 8391 nəfər, IV qrup üzrə 2720 nəfər) isə qızlardır. 26200 nəfər orta ümumtəhsil məktəblərinin, 18 nəfər ali təhsil müəssisələrinin, 702 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 191 abituriyent  xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 11942, Naxçıvanda 1206, Gəncədə 3181, Sumqayıtda 1733, Mingəçevirdə 1214, Şəkidə 1749, Ağcabədidə 925, Göyçayda 1349, Şirvanda 978, Lənkəranda 1574, Xaçmazda isə 1069 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunacaq.

67
Teqlər:
abituriyent, tələbə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, TQDK, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi, Şəki, Mingəçevir, Sumqayıt, Gəncə, Naxçıvan, Bakı, Azərbaycan
Нож в руке мужчины, фото из архива

Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb

3
Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

BAKI, 27 may - Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası “Report”a bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə C. İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.

3
İspaniyada epdimioloji vəziyyət

İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır ekspert

18
"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar".

BAKI, 27 may — Sputnik. İspaniyada ikinci koronavirus epidemiyasının payızda baş verməsi demək olar ki, qaçılmazdır, lakin hökumətin ağır karantinin qarşısını almaq və problemi digər yollarla həll etmək üçün vaxtı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navarra Universitetinin mikrobioloqu Gilyermo Martinez de Texada RİA Novosti-yə bildirib.

"Bir çox mütəxəssislər inanırlar ki, epidemiya oktyabrda yenidən baş verəcək. Mən də bu fikirdəyəm. Çox güman ki, belə olacaq. Amma yüz faizlik əminlik ola bilməz. Onun birinci epidemiya kimi güclü olub-olmayacağı da aydın deyil", - Martinez de Texada deyib.

Onun sözlərinə görə, hazırda cənub yarımkürəsində payızdır və orada xəstələrin sayında kəskin artım baş verib.

"Bu qrip kimi mövsümi bir virusa oxşayır", - mikrobioloq deyib.

İspaniya hakimiyyət orqanlarının yeni dalğaya hazırlaşmaq üçün bir neçə ay vaxtı var, lakin ölkə çətin ki, mart-aprel aylarında olduğu kimi sərt karantin tətbiq etsin.

"Bu, çox ağır olardı. Cənubi Koreya və Tayvan bütün əhalini karantinə salmadılar. Onlar tez reaksiya verməyə imkan verən sistemləri tətbiq etdilər", - Martinez de Texada deyib.

O qeyd edib ki, hər halda, epidemiyanın ikinci dalğasına həm hakimiyyət, həm tibb işçiləri, həm də ölkə sakinləri martdakından daha hazırlıqlı olacaqlar.

"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar", - mikrobioloq əlavə edib.

Bununla yanaşı, o, ölkənin payız və qışda barları, mağazaları və s. yenidən bağlamaq məcburiyyətində qalacağını istisna etməyib.

18