G20

Azərbaycan G20-nin toplantısına qatılıb

46
(Yenilənib 12:17 13.07.2015)
Azərbaycanın nümayəndə heyəti iclas çərçivəsində bir sıra mövzularla yanaşı, enerji məsələlərinin də müzakirəsində iştirak edib.

BAKI, 13 iyul — Sputnik. Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində Bodrumda təşkilatın 3-cü şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) iclası keçirilib. Azərbaycanın Xarici İşlər, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyətinin tərkibində Energetika Nazirliyinin iqtisadiyyat, elm və innovasiya şöbəsinin böyük məsləhətçisi Nərgiz Bağırlı da iştirak edib.

Sputnik Energetika Nazirliyinin Azərtaca verdiyi məlumata istinadən bildirir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclas çərçivəsində bir sıra mövzularla yanaşı, enerji məsələlərinin də müzakirəsində iştirak edib. Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında keçirilməsi planlaşdırılan G20 enerji nazirlərinin ilk görüşünün gündəliyi və qəbul ediləcək müvafiq Kommunikedə əks olunacaq enerji məsələləri də əsas müzakirə mövzularından olub.

Bundan başqa, enerjiyə əlçatanlıq göstərici zəif olan Sub-Saxara Afrikasının enerji təminatının həlli yollarını əks etdirən Fəaliyyət planının müzakirəsinə həsr edilən konfransın keçirilməsi də nəzərdə tutulur. Nazirlərin toplantısında enerjiyə əlçatımlıq əsas diqqət yetirilən məsələlərdən olacaq. Enerjidən səmərəli istifadənin vacibliyi, səmərəsiz yanacaq subsidiyalarının ləğvi, eləcə də bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resursları ilə rəqabətə davamlılığını şərtləndirən məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən 2015-ci il noyabrın 30-dək sədrlik edir. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90 faizi, dünya ticarətinin 80 faizi və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.

46
Teqlər:
Azərbaycan G20, Türkiyə G20, G20 qrupu, G20, Azərbaycan
Füzuli rayonunda yeraltında yatan gizli şəhər

Yer altında yatan möcüzə: Füzuli rayonunda gizli şəhər mövcuddur - FOTO

5
(Yenilənib 21:51 27.02.2021)
Azərbaycanda, Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Dünyanın bir çox ölkələri var ki, orada yeraltı şəhərlər mövcuddur və bu, onların qədim tarixinin bir parçası kimi turistlərin görməli və gəzməli yerinə çevrilib. Uzağa getmirik. Qardaş ölkə olan Türkiyənin Dərinquyu bölgəsində çoxqatlı yeraltı şəhər var. Altmış metrə yaxın dərinliyə malik olan bu məkan eyni anda 20000 insanı yatacaq və su ilə təmin edə biləcək bir sığınacaqdır. Dost ölkədə bir neçə belə yeraltı şəhər var, Dərinquyu isə bunlardan ən böyüyüdür. O, turistlərin ölkəyə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda isə Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır. O, Füzuli rayonunun Horadiz qəsəbəsinə yaxın ərazidə, Babı kəndində yerləşir. Abidə kəndin qədim qəbristanlığında, hündür ərazidə aşkarlanıb.

Sərdabə kompleksi

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçsi və tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovla görüşdük. Müsahibimiz Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, adıçəkilən ərazidə, doğrudan da torpaq altında böyük bir şəhərin qalıqları var. Üzdə qalanlardan isə orta əsrlər dövrünə aid olan, xüsusən XIII-XIV əsrlərə məxsus böyük bir xanəgah olub. Həmin xanəgah əsasən məsciddən, türbədən, hücrələrdən, eyni zamanda yardımçı binalardan ibarətdir.

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində Şeyx Babı türbəsi

İlkin olaraq belə anlaşılır ki, burada olan məscidlərdə yalnız ibadət edilməyib, həm də məscid-mədrəsə kimi istifadə olunub. Məscidin ayrı-ayrı otaqları var. Türbələrin məscid binasına yaxın ərazidə yerləşməsi və onların bir neçə nəfər üçün nəzərdə tutulması, yüklərin boşaldılması üçün yaxınlıqda yerlərin olmaması onu göstərir ki, kənardan gələn şagirdlər burada qalırlarmış. Divarlardakı kaşılar XIII-XIV əsrə aid edilir.

On hektarlıq ərazi

Füzuli rayonunun Babı kəndi ərazisində təriqəti, həm də İslam dinini yaymaq məqsədilə qədimlərdə təbliğat işləri aparılıb (ancaq mənbələr "babı" sözünü tək təriqətlə əlaqələndirmirlər, onun bir mənası da "sadə" deməkdir - red.). Oradan keçən ticarət yolunun da Ərdəbilə doğru istiqamətlənməsi həmin xanəgahın məhz göstərilən ərazidə tikilməsini şərtləndirib. Müsahibimiz deyir ki, xanəgahlar ticarət yollarının üzərində yerləşir, hörmətli adamların qəbirləri üzərində tikilir və gələcəkdə də bu xanəgahların böyüməsi nəticəsində şəhərlər əmələ gəlirdi. "Xanəgahın yerləşdiyi əraziyə ümumi baxış keçirən zaman hiss olunur ki, şəhərcik təxminən 10 hektardan artıq bir sahəni əhatə edir və böyük bir şəhər kompleksidir. Bu da divarlarla əhatə olunub".

© Sputnik / Emin Babayev
Xəqani Alməmmədov

Adsız şəhər

Şəhərin adının necə olduğu barədə heç bir fikir söyləmək mümkün deyil. Amma Xəqani Alməmmədov bildirir ki, çox güman ki, şəhərin adı bab sözündən götürülüb. "Ancaq bir şey məlumdur ki, ümumiyyətlə, orta əsr müəllifləri Qarabağda orta əsrlər dövrünə aid bir neçə iri şəhərin adlarını çəkiblər. Lakin bu adlar indiyə kimi hələ də heç kəsə məlum deyil. Ola bilsin ki, tapılan bu abidə orada gedən arxeoloji qazıntılar bitdikdə, həm də elmi faktların araşdırılması nəticəsində belə bir şəhərin olduğunu tam təsdiqləməyə imkan verəcək. Həmin şəhərin adının müəyyənləşdirilməsində də bizə yardımçı olacaq".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Hərbi əməliyyatlar meydanı

Ərazidə arxeoloji qazıntıların aparılmasının vacib olduğunu söyləyən müsahibimiz buranın hərbi əməliyyatlar meydanı olduğunu da önə çəkdi: "Abidənin bir tərəfi dağıntılara məruz qalıb. Eyni zamanda, bu ərazi Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarının yaxınlığında yerləşir və digər tərəfdən İranla həmsərhəddir. Həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycanla mədəni əlaqələri, vahid mədəni irsin öyrənilməsi, həm də Qarabağda olan orta əsrlər dövrünə aid ən yaxşı abidə kompleksi kimi bu abidənin öyrənilməsini olduqca vacib sayıram. Bu gün orada qazıntı işlərinin getməsi gələcəkdə Qarabağ ərazisində ən böyük turizm mərkəzinin yaradılması ilə nəticələnə bilər. Bu da bizim XII-XIII əsrdə nə qədər böyük abidələrimizin, şəhərlərimizin, mədəniyyətimizin mövcud olduğunu dünyaya yaymaq üçün vacib amil sayılmalıdır".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində yarıuçuq məscid minarəsi

Vəsaitə ehtiyac var

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi onu da əlavə edir ki, dedikləri ilkin mülahizələrdir, ancaq qazıntı işləri aparıldıqdan sonra daha zəngin fikirlər söyləmək olar: "Ola bilsin ki, qazıntılar zamanı aşağı mədəni qatlardan daha qədim dövrlərə, erkən orta əsrlər dövrünə, antik dövrə aid olan hansısa təbəqələr aşkarlana bilər. Bundan əlavə, abidənin yanında XIV əsrə aid olan qoç heykəlləri var ki, onların da XIV-XV əsrlərdə Azərbaycanda mövcud olan Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dövrünə təsadüf etdiyini söyləmək olar. Ərazidə həmçinin çoxlu sayda qəbir abidəsi var və hazırda onların da tədqiqinə ehtiyac duyulur".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Torpaq altındakı sərvət

Şəhərin tamamilə torpaq altında qalması ilə bağlı da müəyyən fikirlər söylənilir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli Tarix Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov da şəhərin tam dəqiqləşməsi üçün mütləq arxeoloji qazıntıların aparılmasını vacib sayır: "Abidə Qarabağın tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Ümid edirik ki, aidiyyəti qurumlar, imkanlı təşkilatların köməkliyi ilə bu qazıntı aparılacaq".

5
Teqlər:
minarə, türbə, abidə, tarix, arxeologiya, qədim şəhər, Füzuli, Qarabağ, "Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Koronavirus mövsümi infeksiyaya çevrilir

6
(Yenilənib 00:50 28.02.2021)
"Rospotrebnadzor"dan bildirilib ki, 2020-ci ilin payız aylarında koronavirusa yoluxma hallarının kəskin artması bunu bir daha təsdiqləyir

BAKI, 28 fevral — Sputnik. Bir-iki ildən sonra yeni tip koronavirus mövsümi infeksiyaların siyahısına düşə bilər. Sputnik Azərbaycan-ın rusiya mətbuatına istinadla yaydığı xəbərə görə, bu açıqlama ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidmətinin ("Rospotrebnadzor") Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya çıxış edib.

"Bəlkə də, bu, yaxın 1-2 ildə baş verdi. Artıq indidən COVID-19-da mövsümi infeksiya xüsusiyyətləri müşahidə olunmağa başlayıb. 2020-ci ilin payız aylarında koronavirusa yoluxma hallarının kəskin artması bunu bir daha təsdiqləyir", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya dünyada COVID-19 peyvəndini ilk qeyd alan ölkədir. Preparat Qamaleya adına mərkəz tərəfindən Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə hazırlanıb və "Sputnik V" adını alıb. Ötən ilin oktyabr ayının 15-də Rusiya Prezidenti Vladimir Putin "EpiVacCorona" adlı COVID-19-a qarşı ikinci peyvəndin qeydiyyatdan keçirilməsi ilə bağlı məlumat verdi. Yeni preparat Novosibirskdəki "Vektor" Mərkəzi tərəfindən işlənib-hazırlanıb. Üçüncü Rusiya peyvəndi olan "CoviVac" isə Çumakov adına mərkəz tərəfindən işlənib hazırlanaraq bu ilin fevral ayının 20-də qeydiyyatdan keçirilib.

6
Teqlər:
mövsüm, infeksiya, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Yeni tip koronavirus pandemiyası