Interpol

DİN İnterpolun axtarışa verdiyi 75 nəfərin yerini müəyyən edib

26
(Yenilənib 23:29 10.07.2015)
İstintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər tutulub.

BAKI, 10 iyul — Sputnik. Bu ilin birinci yarısında təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub.

Sputnik APA-ya istinadən xəbər verir ki, bunu bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Nazir müavini qeyd edib ki, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub. 

26
Teqlər:
İstintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər tutulub, yaxşılaşıb, yeri müəyyən olunub, müqayisə edilən dövrə nisbətdə, ilin birinci yarısında təqsirləndirilən şəxslərin axtarışının nəticələri, təşkilata üzv ölkələr tərəfindən axtarılan, beynəlxalq axtarışa verilmiş, DİN İnterpolun axtarışa verdiyi 75 nəfərin yerini müəyyən edib, 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclası, Sputnik, İnterpolun Milli Mərkəzi Bürosu, Nazir müavini Vilayət Eyvazov, Azərbaycan
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19