Pul

Altı ayda 25 saxta pul hazırlama satma cinayəti aşkarlanıb

36
(Yenilənib 23:23 10.07.2015)
Vilayət Eyvazov: Qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

BAKI, 10 il — Sputnik. Bu ilin birinci yarısında dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.

Sputnik APA-ya istinadən xəbər ver ki, bu barədə bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

O, qeyd edib ki, nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

36
Teqlər:
ədəd saxta əskinas, ABŞ dolları, saxta pul hazırlama və satma cinayəti, tikinti materialı çıxarılıb, istifadə müddəti ötmüş, qeyri-leqal dövriyyədən, dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri, ilin birinci yarısında, Altı ayda 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb, Kollegiya iclası, Daxili İşlər Nazirliyi, DİN, Sputnik, polis general-leytenantı Vilayət Eyvazov, Azərbaycan
Vaşinqtonda Kapitoliy binasına mənzərə, arxiv şəkli

Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular

5
ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib

BAKI, 28 sentyabr - Sputnik. Sentyabr 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

5
Teqlər:
Ceyhun Bayramov, Dövlət Departamenti, ABŞ, Azərbaycan, Ermənistan, cəbhə xətti, ön cəbhə, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün müraciət edəcək
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

26
Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb

BAKI, 28 sentyabr - Sputnik. Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, işğalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

26
Teqlər:
erməni təxribatı, mərmi, maşın, ev, dinc sakin, Ağdam, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı