Госсекретарь США Хиллари Клинтон на пресс-конференции по итогам переговоров с главой МИД РФ

Hillari Klinton seçki kampaniyası üçün 45 milyon dollar ianə toplayıb

11
(Yenilənib 18:31 02.07.2015)
ABŞ-da seçkiqabağı kampaniyaya başlayan siyasətçilər arasında hələ ki, heç bir namizəd bu qədər ianə toplaya bilməyib.

BAKI, 2 iyul — Sputnik. Demokratik Partiyadan prezidentliyə namizədliyini irəli sürməyə iddialı olan ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton özünün seçkiqabağı kampaniyasında ehtiyaclarını ödəmək üçün artıq 45 milyon dollara yaxın ianə toplayıb.

Sputnik xəbər verir ki, bu barədə Hillari Klintonun rəsmi nümayəndələri namizədin təbliğat saytında məlumat veriblər. Vəsaitin toplanmasına aprel ayının ortalarından  - Hillari Klintonun rəsmi olaraq ilk dəfə prezident postuna iddiasını irəli sürdüyü vaxtdan etibarən başlanıb.

"New York Times" qəzeti yazıb ki, yığılan bu məbləğ ali dövlət postuna namizədlər arasında keçmiş dövlət katibinin yüksək nüfuzundan və demokratlar arasında aparıcı rolundan xəbər verir. Seçkiqabağı kampaniyaya başlayan siyasətçilər arasında hələ ki, heç bir namizəd bu qədər ianə toplaya bilməyib.

Keçən prezident seçkiləri ərəfəsində hazırkı ABŞ prezidenti Barak Obama həmin müddət ərzində bundan bir neçə milyon dollar az vəsait toplamışdı.

CNN televiziya kompaniyası və ORC tədqiqatlar xidmətinin apardığı sosioloji sorğunun nəticələrinə görə hazırda Hillari Klinton, həmçinin Florida ştatının keçmiş qubernatoru, eks-prezident Corc Buşun oğlu və kiçik Corc Buşun qardaşı Ceb Buş 2016-cı ildə ABŞ-da keçiriləcək prezidentlik postuna namizədlər arasında daha çox populyarlıq qazanıblar.

11
 Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Nazirliyin əməkdaşı koronavirusdan öldü

0
(Yenilənib 18:46 25.09.2020)
ETSN-in rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli məlumatarı açıqlayıb.

BAKI, 25 sentyabr — Sputnik. Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26 işçisi koronavirusa yoluxub. Bir nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN-in rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

O qeyd edib ki, yoluxan şəxslər xəstəxanada və ev şəraitində müalicəsini bitiriblər.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?
Varşavada Polşa XİN-nin binası, arxiv şəkli

Polşa Belarusla diplomatik münasibətləri kəsməkdən imtina etdi

1
(Yenilənib 18:29 25.09.2020)
Belarusa qonşu ölkələr – Latviya, Litva və Polşa artıq Belarusun siyasi böhrandan çıxması üçün kömək planı hazırlayıb. Bundan əlavə, Varşava müxalifət və Minsk arasında dialoqda vasitəçi olmağa hazırdır, lakin digər iştirakçıları vəziyyətə müdaxilə etməməyə çağırır.

BAKI, 25 sentyabr — Sputnik. Rəsmi Varşava Minsklə diplomatik münasibətləri kəsməkdən imtina edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Polşa hökuməti Belarusla diplomatik münasibətləri dəstəkləyir və onu kəsmək niyyətində deyil. Beləliklə, rəsmi Varşava Aleksandr Lukaşenkonu legitim prezident olaraq tanımamasına baxmayaraq Minsklə əlaqələri saxlamaq istəyir.

Qeyd edək ki, Belarusa qonşu ölkələr – Latviya, Litva və Polşa artıq Belarusun siyasi böhrandan çıxması üçün kömək planı hazırlayıb. Bundan əlavə, Varşava müxalifət və Minsk arasında dialoqda vasitəçi olmağa hazırdır, lakin digər iştirakçıları vəziyyətə müdaxilə etməməyə çağırır.

Xatırladaq ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

1