Əhməd və Sare Davudoğlular

Əhməd Davudoğlu türkmən ailəsinə iftara gedib

18
(Yenilənib 21:01 01.07.2015)
O, Kərkükdən məcburi köçkün olan Pakuzi ailəsinə öz torpaqlarına qayıtmağı arzulayıb.

BAKI, 1 iyul — Sputnik. Türkiyə baş nazirinin mətbuat mərkəzi baş nazir Əhməd Davudoğlu və xanımı Sare Davudoğlunun dünən axşam Təlafərdən Türkiyəyə gələn Türkmən Pakuzi ailəsinin Ankaranın Yeni məhəlləsindəki evlərinə iftara getməsini əks etdirən şəkilləri paylaşıb.

Sputnik xəbər verir ki, Davudoğlu ailəsi bir salfetka sexində işləyən Rəsul Pakuzi və uşaqları tərəfindən qarşılanıb. Altı oğlu və bir qızı olan ailənin hər bir üzvüylə xüsusi görüşən, söhbət edən baş nazir, uşaqların bəzilərini qucağına alaraq əzizləyib.   

Rəsul Pakuzi vətənindəki çətinlikləri bu sözlərlə ifadə edib: "Burada gözəl insanlar var. Siz olmasaydınız biz bura gəlib çata bilməzdik. Orada problemlər çoxdur, bomba çoxdur. Təyyarələr uçuşanda uşaqlar onun səsindən vahiməyə düşürdü." 

Davudoğlu isə Rəsul Pakuzinin "uşaqlarım gəlib, mən bir də qayıtmaram, buranın vətəndaşı olmaq istəyirəm" sözlərinin qarşılığında deyib: "İnşallah siz qayıdarsız, ora da bizim vətənimizdir, Türkmən vətəni, ora boşalmasın. İnşallah biz ora sizə qonaq gələrik." Pakuzi ailəsinin digər üzvü də "Siz qonaq deyilsiz, oranın adamısız, oranın toprağı sizin torpağınızdır" deyib. 

Pakuzi ailəsindəki bir başqa türkmən "bütün sərhədlər üzümüzə bağlandı, təkcə Türkiye sərhəddi açıq qaldı. Necə deyim, ana-ata bu yaxşılığı eləməzdi" söyləyib. Davudoğlu isə cavabında, biz ana-ata deyilik, qardaşıq" deyib. 

18