TBMM-nin 26-cı sədri İsmət Yılmaz oldu

29
(Yenilənib 21:13 01.07.2015)
Türkiyə parlamentinin yeni sədri ilk çıxışında ölkə Konstitusiyasını dəyişməyə çağırış edib.

BAKI, 1 iyun — Sputnik. Türkiyə Böyük Millət Məclisinin Ali Orqanında keçirilən dördüncü tura üçüncü turda ən çox səs qazanan İsmət Yılmaz və Cümhuriyyət Xalq Partiyasının Antalya millət vəkili Dəniz Baykal qatılıb. 

Sputnik xəbər verir ki, səsvermədə 547 millət vəkili iştirak edib. Yılmaz 258, Baykal 182 səs alıblar. 29 nəfər səsvermədə iştirak etməyib, 78 səs isə etibarsız sayılıb. 

Baykal, TBMM-nin sədri seçilən İsmət Yılmazı təbrik edib və ona uğurlar arzulayıb. Sonra Yılmazı öz kürsüsünə dəvət edib.  

Kürsüyə çıxan Yılmaz deyib: "Millətimiz, 25-ci Türkiyə Böyük Millət Məclisindən ən əvvəl Konstitusiya dəyişikliyi gözləməkdədir. Ölkəmizin bu günkü iqtisadi və demokratik səviyyəsi yeni bir Konstitusiyanın qəbulunu tələb edir."

Seçkidən sonra baş nazir Əhməd Davudoğlu Yılmazla görüşüb. 

29