intihar damdan tullanma

Ağdaşın 53 yaşlı sakini intihar edib

33
(Yenilənib 21:11 01.07.2015)
Məmmədov Rəhman Murad oğlu avtomobillərin ehtiyat hissələrinin satış mağazasının anbarında özünü kəndirlə asıb.

BAKI, 1 iyun — Sputnik. Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərindəki avtomobillərin ehtiyat hissələrinin satışı mağazasında qeydə alınıb.

Şəhərin M.Ə.Rəsulzadə küçəsi 5/7 saylı ünvandakı mənzildə yaşayan 1962-ci il təvəllüdlü Məmmədov Rəhman Murad oğlu mağazanın anbarında özünü kəndirlə asaraq intihar edib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.  

33