TBMM sədrinin seçkisində AKP CHP-nin namizədləri 4-cü tura keçiblər

5
(Yenilənib 21:12 01.07.2015)
AKP-nin namizədi İsmət Yılmaz 259, CHP-nin namizədi Dəniz Baykal 129, MHP-nin namizədi Ekmələddin İhsanoğlu 80, HDP-nin namizədi Dengir Mir Mehmet Fırat isə 78 səs alıb.

BAKI, 1 iyul —Sputnik. Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün səsvermənin 3-cü turu keçirilib.

Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin namizədi İsmət Yılmaz 259, CHP-nin namizədi Dəniz Baykal 129, MHP-nin namizədi Ekmələddin İhsanoğlu 80, HDP-nin namizədi Dengir Mir Mehmet Fırat isə 78 səs alıb.

Beləliklə, İsmət Yılmaz və Dəniz Baykal 4-cü tura keçiblər. Son turda İsmət Yılmazın qalib gələcəyi proqnozlaşdırılır, çünki MHP namizədlərdən heç birinə səs verməyəcəyini açıqlayıb. Bu halda AKP-nin öz səsləri sədri seçmək üçün kifayət edəcək.     

5