SOCAR

SOCAR məhkəmədə Azərenerjini udub

17
(Yenilənib 14:32 01.07.2015)
SOCAR "Azərenerji"nin debitor borcu qaytarması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.

BAKI, 1 iyul —2015. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib. Sputnik APA-Economics-ə istinadən bildirir ki, bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.

Bu ilin yanvarın 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.

 

"Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.

Borcun nə qədər olduğu ictimaiyyətə açıqlanmayıb.


17