Nuşirəvan Məhərrəmli - MRTŞ-nın sədri

Space efirdə baş verənlərə görə üzr istəyib

40
Nuşirəvan Məhərrəmli: MRTŞ "Günaydın" verilişində baş verən qalmaqalla bağlı Space rəhbərliyinə iradlarını bildirib.

BAKI, 1 iyul —Sputnik. “Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi”.

Sputnik xəbər verir ki, busözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini bildirib: “Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir”.

Ötən gün “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Tərəflər bir-birilərinin ünvanına efir normalarına uymayan təhqiramiz ifadələr işlədiblər. 

40
Teqlər:
Bakı