Məktəbli oğlan

Bakıda məktəbli oğlan itkin düşüb

49
(Yenilənib 13:14 01.07.2015)
Üç gündür axtarışlar heç bir nəticə verməyib.

BAKI, 1 iyun — Sputnik. Bakıda sənədlərini götürmək üçün məktəbə gedən oğlan itkin düşüb.

Sputnik Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin məlumatına istinadən bildirir ki, iyunun 28-də saat 10 radələrində Sabirabad rayonunda anadan olan, 2001-ci il təvəllüdlü Valeh Emin oğlu Əliyev oxuduğu 11 saylı internat məktəbindən sənədlərini götürmək adı ilə yaşadığı Ramana qəsəbəsindəki yeni tikilidən çıxıb və bir daha geri qayıtmayıb.

Polis APA-ya hazırda Valeh Əliyevin tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirdiyini bildirib. 

49