Qazaxıstan parlamenti

Qazaxıstan Qırğızıstanın Aİİ-yə qəbuluna razılıq verib

24
(Yenilənib 11:23 01.07.2015)
Qazaxıstan parlamentinin aşağı palatası (Məclis) Qızğızıstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasıyla bağlı sazişi ratifikasiya edib.

BAKI, 1 iyul —Sputnik. Qazaxıstan parlamentinin aşağı palatası (Məclis) Qızğızıstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasıyla bağlı sazişi ratifikasiya edib. 

Sputnik RİA Novostiyə istinadən bildirir ki, Qırğızıstan artıq bu il mayın 22-də ölkənin Aİİ-yə qoşulmasıyla bağlı bütün daxili dövlət prosedurlarını yerinə yetirib qurtarmışdı. 

"Biz qısa müddətə 2015-2017-ci illər üçün Qazaxıstanla Qırğızıstan arasındakı ticarət dövriyyəsini iki dəfədən çox artırılmasını gözləyirik.Bizim Qırğızıstana göndərdiyimiz ixrac məhsullarını buğda, daş kömür, dəmir və leqallaşdırılmamış poladdan istehsal edilmiş məhsullar, un, kirəcdaşı filizi təşkil edir" — deyə Qazaxıstanın milli iqtisadiyyat naziri Yerbolat Dosayev "Novosti Kazaxıstan"-a bildirib. 

Qırğızıstanın Aİİ-yə daxil olmasıyla bağlı saziş ötən ilin dekabrında Ali Avrasiya İqtisadi Şurasının Moskvadakı toplantısında bağlanıb. Lakin hər bir ölkənin quruma daxil olması iştirakçı olkələrin bu barədə sazişi ratifikasiya etməsindən sonra qüvvəyə minir. 

1 yanvar 2015-ci il tarixində Aİİ-nın Avrasiyaya inteqrasiyası çərçivəsində Rusiya, Qazaxıstan və Belorusiyanın gömrük bazası əsasında Gömrük İttifaqı yaradılmışdı. Sonra bu ittifaqa Ermənistan da qoşulub.

Aİİ ittifaq üzvü olan dövlətlər arasında ticarət, xidmətlər, kapital və əmək resurslarından azad istifadəni nəzərdə tutur. 

 

 

24