Qarabağ atəşkəs əsgər ordu

Ermənilər atəkəsi minaatan qumbaraatanlarla pozublar

8
(Yenilənib 11:19 01.07.2015)
Atəşkəs rejimi Ermənistan tərəfdən ümumilikdə 71 dəfə pozulub.

BAKI, 1 iyul —Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub.

Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Sarıcalı, Kəngərli, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Alxanlı, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

8