Bakı 2015 sarı xətt

Sarı zolağa çıxan avtomobillər hələ 10 gün cərimələnəcək

80
(Yenilənib 12:03 01.07.2015)
Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda avtomobillərinin hərəkətinə qoyulan qadağan qüvvədə qalır.

BAKI, 1 iyun —Sputnik. Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda avtomobillərinin hərəkətinə qoyulan qadağan qüvvədə qalır.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyü Komissiyasında müzakirələr aparılır. Nazirlər Kabinetində yeni qərar qəbul edilənədək bu məhdudiyyətlər qüvvədə qalacaq. Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir.

Şöbə rəisi onu da əlavə etdi ki, nə qədər ki, müvafiq yol nişanları yerindədir, yollarda Bakı 2015 I Avropa Oyunları üçün ayrılmış sarı zolaqlarla əlaqədar qaydalar qüvvədədir və sürücülər bu “Oyunlar zolağı” qaydalarına əməl etməkdə davam etməlidirlər. Qadağanın isə nə vaxt götürüləcəyi hələ ki tam bəlli deyil. Əks halda qanuna müvafiq qaydada sürücülər yenə də cərimələnəcəklər. Qeyd edək ki, Avropa Oyunları öncəsi bu məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyi elan edilmişdi.

 

80