Şirin qazlı su

Hər il 184 min insan şirin qazlı içkilərdən ölür

180
(Yenilənib 10:36 01.07.2015)
Ölüm hallarının əksər hissəsi II tip şəkərli diabetin, 45 mini ürək və damar xəstəliklərinin, 6,5 mini isə xərçəng xəstəliyinin payına düşür.

BAKI, 1 iyun —Sputnik. Qazlaşdırılmış və şirinləşdirilmiş içkilər hər il təqribən 184 min insanın ölümünə səbəb olur. Sputnik xəbər verir ki, bu barədə məlumatı RİA Novosti “Circulation” jurnalının müvafiq məqaləsinə əsasən yayıb. Məlumatda deyilir ki, sözügedən içkilər təkcə can almaqla kifayətlənmir, həmçinin artıq çəkinin yaranmasına, sağlamlıqla bağlı bir çox problemlərin ortaya çıxmasına səbəb olur. 

Bostonun Tafts Universitetinin professoru Daiuş Mozafarian və həmkarları artıq neçə ildir müxtəlif ərzaqların insanda xərçəng, diabet, ürək və damar xəstəliklərini yaratma ehtimalını öyrənirlər. Bu əlaqəni tapmaq üçün alimlər öz müşahidələrilə yanaşı, həmkarlarının son 30 ildə apardıqları tədqiqatın nəticələrindən də istifadə ediblər. Araşdırma zamanı 611 min nəfərlə bağlı məlumata istinad edilib. 

Qazlı içkilərdən istifadə tezliyini bu insanların ölümü ilə qarşılaşdıran alimlər qrupu aşkar edib ki, bu içkilərdən çox istifadə etmə birbaşa və dolayı yolla hər il təqribən 180 min insanın ölümünə səbəb olur.

Ölüm hallarının əksər hissəsi II tip şəkərli diabetin, 45 mini ürək və damar xəstəliklərinin, 6,5 mini isə xərçəng xəstəliyinin payına düşür.

180