Hişam Bərəkat

Misir mediası Azərbaycanın terrorla bağlı bəyanatına geniş yer verib

11
(Yenilənib 18:51 01.07.2015)
Misirin aparıcı KİV-ləri Azərbaycanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş prokuroru Hişam Bərəkata qarşı iyunun 29-da təşkil edilmiş terror aktını qəti şəkildə pisləyən bəyanatına geniş yer verib.

BAKI, 1 iyun —Sputnik. Misirin aparıcı KİV-ləri Azərbaycanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş prokuroru Hişam Bərəkata qarşı iyunun 29-da təşkil edilmiş terror aktını qəti şəkildə pisləyən bəyanatına geniş yer verib.

Məlumatlarda Azərbaycanın Xarici İşlər Nazirliyinin həmin terror aktını qəti şəkildə pislədiyi, həlak olan Hişam Bərəkatın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyi vurğulanıb. Qeyd olunub ki, nazirliyin açıqlamasında terrorçuluqdan əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınadığı yer alıb. Bəyanatda Azərbaycanın terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə etdiyi diqqətə çatdırılıb.

11