mobil nömrə

Mobil nömrələrin daşınmasıyla bağlı yeni qaydalar tətbiq olunacaq

21
(Yenilənib 10:17 01.07.2015)
Operatorlar tərəfindən yaradılan əngəllərin və istifadəçilərin sistemdən həddən artıq sui-istifadə etmə hallarının qarşısını almaq üçün qaydalara dəyişikliklər ediləcək.

BAKI, 1 iyul — Sputnik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən sellülar (mobil) nömrə daşınması xidməti ilə bağlı təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərə görə, bu xidmətin istifadə qaydalarına dəyişikliklər ediləcək.

Sputnik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına istinadən bildirir ki, mobil rabitə operatorlarının sistemindəki servis xidməti ilə bağlı bəzi hallarda problemlər yaranır. Operatorlar tərəfindən yaradılan əngəllərin və istifadəçilərin sistemdən həddən artıq sui-istifadə etmə hallarının qarşısını almaq üçün qaydalara dəyişikliklər ediləcək. Mobil nömrələrin daşınması sisteminin tətbiqi istifadəçilərə seçim azadlığı vermək üçün yaradılıb. Bu prosedurlar son dərəcədə asanlaşdırılacaq. Yaxın zamanda yeni qaydalar tətbiq olunacaq.

Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından səmərəli istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

21