İndoneziyada təyyarə qəzası

İndoneziyada təyyarə qəzasında ölənlərin sayı 141-ə çatıb

57
(Yenilənib 10:06 01.07.2015)
ABŞ istehsalı olan “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsi Medan şəhəri yaxınlığında yerləşən hərbi bazadan havaya qalxarkən qəzaya uğrayıb.

BAKI, 1 iyul — Sputnik. İndoneziyanın Medan şəhərində “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

Sputnik RİA Novosti-nə istinadən xəbər verir ki, təyyarə heyətindən olmayan, onun düşdüyü yerdə ölənlərin tam sayı hələ ki məlum deyil.

"Biz Adam Malik adına Medan xəstəxanasına 141 nəfərin qalıqlarının olduğu torbaları vermişik" — deyə Şimali Sumatranın Setyo əyalətinin polisinin tibb idarəsinin rəisi bildirib. 

Bundan əvvəl İndoneziya Hərbi Hava Qüvvələrinin komandanı Aqus Supriyatna bildirmişdi ki, hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 101 sərnişin və 12 ekipaj üzvü olub, sağ qalan olmayıb. Xilasedicilər isə qəza nəticəsində yerdə 3 nəfərin öldüyünü açıqlamışdılar.

ABŞ istehsalı olan “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsi Medan şəhəri yaxınlığında yerləşən hərbi bazadan havaya qalxarkən qəzaya uğrayıb. Supriyatnanın sözlərinə görə, qəzadan bir neçə saniyə əvvəl pilotlar mühərrikdə nasazlığın əmələ gəlməsi barədə dispetçerlərə məlumat veriblər.

Gecə saatlarında da davam edən axtarış və xilasetmə əməliyyatında yüzlərlə hərbçi, polis və xilasedici iştirak edir.

57