встреча нормандской четверки в Минске

“Normandiya dördlüyü” hərbi texnikanı Donbasdan geri çəkməyə çağırıb

11
(Yenilənib 18:31 24.06.2015)
Bəyanat: Biz təhlükəsizlik məsələləri üzrə İşçi qrupun iyulun 2-də keçirəcəyi görüşü təqdir edir və tərəfləri iyunun 26-dək sazişə uyğun olaraq tankların və bəzi digər texnikaların, 100 millimetrdən artıq kalibirli silahların münaqişə bölgəsindən çıxarılmasına nail olmağa çağırırıq.

BAKI, 24 iyun-Sputnik. “Normandiya dördlüyü” ölkələrinin Xarici işlər nazirləri Ukraynanın cənub-şərqindəki vəziyyətin tənzimlənməsi ilə bağlı Minsk sazişinin icra olunmasına sadiq olduqlarını bir daha bəyan edir və tərəfləri 26 iyunadək öz hərbi qüvvə və texnikasını münaqişə bölgəsindən geri çəkməyə çağırır.

Sputnik RİA Novostiyə istinadən xəbər verir ki, belə bir bəyanatla Fransa XİN başçısı Loran Fabius “Normandiya dördlüyü” XİN başçılarının görüşünün yekunu ilə bağlı açıqlaması zamanı çıxış edib.

“Biz  təhlükəsizlik məsələləri üzrə İşçi qrupun iyulun 2-də keçirəcəyi görüşü təqdir edir və tərəfləri iyunun 26-dək sazişə uyğun olaraq tankların və bəzi digər texnikaların, 100 millimetrdən artıq kalibirli silahların münaqişə bölgəsindən çıxarılmasına nail olmağa çağırırıq.” – deyə Fabius bildirib.

Onun sözlərinə görə, hərbi texnikanın geri çəkilməsi prosesinə tez bir zamanda başlanılmalıdır.

XİN başçıları həmçinin tez bir zamanda Donbasda atəşkəs rejimini bərqərar etməyi və gərginliyi aradan qaldırmağı münaqişəli tərəflərə tövsiyyə edib. “Dördlük” hesab edir ki, tərəflər problemin siyasi, humanitar və sosial-iqtisadi müstəvidə həllinə nail olmalıdırlar.

“Normandiya dördlüyü”nə Fransa, Almaniya, Rusiya və Ukrayna daxildir.

 

 

11
KİV nümayəndələri, arxiv şəkli

MEDİA Azərbaycan mediasına verəcək?

0
"KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstəyinin verilməsi nəzərdə tutulub".

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Prezidenti media sahəsində islahatların dərinləşdirilməsinə dair fərman verdi. Eyni zamanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Sputnik Azərbaycan tanınmış qələm əhlinin Medianın İnkişafı Agentliyindən gözləntilərini öyrənib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov REAL TV-yə müsahibəsində bildirib ki, indən sonra media subyektlərinin bölgüsü həyata keçiriləcək, jurnalistin statusuna hüquqi bazada aydınlıq gıətiriləcək:

"Bu da imkan verəcək ki, media subyektlərinə və jurnalistlərə iqtisadi-texniki və metodiki dəstək göstərək. Çap, onlayn və audivizoial media sahələrinin iqtisadi müstyəqilliyi, kadr potensilalının inkişafı və yayılan informasiyanın məzmunun təkminləşdirilməsi istiqamətində işlər aparılacaq. Artıq media subyektlərinin iqtisadi müstəqilliyi üçün fəaliyyət planı hazırlanır. Biz çalışacağıq ki, media subyektlərinin biznes modelinə keçməsi üçün dəstək istiqamətlərini araşdıraq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Sputnik Azərbaycan-a açıqlamasında belə bir qurumun yaradılmasının əhəmiyyətli olduğunu bildirib: "Çünki onlayn medianın fəaliyyəti ilə bağlı bir çox ciddi problemlər ortaya çıxırdı. Onlayn media sürətlə inkişaf etdiyindən, bu sahə həm peşəkar, həmçinin də qeyri-peşəkarların fəaliyyət göstərdiyi media sahəsinə çevrilib. Azərbaycanda bu sahənin hüquqi müstəvidə tənzimlənməsi bu günədək bir problem olaraq qalır.

Ölkəmizdə "Kütləvi informasiya vasitələri" Haqqında qanun 1999-cü ildə qəbul olunub. Media isə durmadan inkişaf edən sahədir. Ona görə də media qanunun təkminləşdirilməsinə böyük ehtiyac var. Sosial medianın hüquqi statusu və sosial hüquqi məsuliyyəti məsələləri də qanunda öz əksini tapmalıdır. KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstəyinin verilməsi nəzərdə tutulub. Ona görə də MEDİA-dan gözləntilərimiz böyükdür".

BakuPost.az saytının direktoru Elçin Zahiroğlu isə deyir ki, yeni qurumun nizamnaməsi ilə tanış olandan sonra onda medianının bir neçə vacib probleminin həll olunacağı əminlik yaranıb:

"Bu, saytların hüquqi statusu, ümumiyyətlə, qanunvericiliyin təkminəşdirilməsi və media quruluşlarının texniki və kadr potensialının artırılması məsələləridir. Bu problemlər illərdi jurnalistləri narahat edirdi və dəfələrlə müzakirə mövzusuna çevrilmişdi. Əhməd İsmayılov KİVDF-yə rəhbər təyin olunanda biz müəyyən təkliflər irəli sürmüşdük və bu gün onlar nizamnamədə əksini tapıb. Qaldı ki, digər məsələlər – mediaya baxışı dəyişmək, korlanmış reputasiyanın bərpası, ciddi mətbuat orqanlarının ictimai fikrin, eləcə də dünyada informasiya savaşında lazımi mövqe qazanması məsələsinə və bu istiqamətdə agentliyin fəaliyyətinin nə dərəcədə effektiv olmasına, bunu zaman göstərəcək".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirir ki, agentlik Azərbaycandakı media subyektlərinin xarici medai subyektləri ilə informasiya mübadiləsinin yaradılmasına, təcrübələrin mübadiləsinə təşkilatı dəstək göstərəcək. Onun sözlərinə görə, MEDİA-nın yaradılmasının məqsədi media subyektlərinin dünyada mövcud standartlara uyğun iqtisadi müstəqilliyə nail olmasıdır. Media subyektlərinin iqtisadi müstəqilliyi necə əldə edəcəyinə gəlincə, Ə. İsmayılov deyir ki, bu reklamların cəlb olunması, media subyektləri arasında informasiya mübadiləsi formasında ola bilər.

0
İlham Əliyev Şuşada

"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm" - İlham Əliyev

7
Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.

BAKI, 15 yanvar — Sputnik. "Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı bildirib.

İlham Əliyev qeyd edib ki, Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi:

"Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib".

7
Teqlər:
Şuşa, İlham Əliyev