Ceyms Horner

“Titanik”in bəstəkarı öldü

30
(Yenilənib 12:23 23.06.2015)
İkiqat “Oskar” qalibi, “Titanik”, “Avatar”, “Ulduz yolu” və digər filmlərə musiqi yazan məşhur bəstəkar Ceyms Horner təyyarə qəzasında dünyasını dəyişib.

BAKI, 23 iyun — Sputnik. İkiqat “Oskar” qalibi, “Titanik”, “Avatar”, “Ulduz yolu”  və digər filmlərə musiqi yazan məşhur bəstəkar Ceyms Horner təyyarə qəzasında dünyasını dəyişib.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki,  Horner iyunun 22-də Kaliforniyada aviaqəzada  dünyasını dəyişib. Belə ki, kiçikhəcmli təyyarə eniş edən zaman qəzaya uğrayıb..

Aviaqəza Santa-Barbaradan 100 km şimalda baş verib. Hələlik aviaqəzanın səbəbi açıqlanmır. Qəzaya uğrayan təyyarə Hornerin adına qeydiyyatdan keçib.

Horner həmçinin “Kasper”, “Cumanci”, “200 yaşlı adam”, “Troya”, “Zorronun maskası”, “Yeni hörümçək adam” və sair filmlərə də musiqi bəstələyib.

 

 

30
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

Peskov: Rusiya öz maraqlarından imtina etməyə hazır deyil

2
(Yenilənib 17:34 20.04.2021)
"Təəssüf ki, bir çox ölkələr istənilən haker hücumu zamanı bunda Rusiyanı günahlandırırlar. Həm də bu zaman, təbii ki, indiyə qədər heç kim anlaşılan bir izahat da verməyib".

BAKI, 20 aprel — Sputnik. Rusiya Qərblə münasibətlərdə öz maraqlarından imtina etməyə hazır deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Mətbuat katibi bildirib ki, bütün bunlara baxmayaraq Rusiya dialoq üçün açıqdır.

"Təəssüf ki, bir çox ölkələr istənilən haker hücumu zamanı bunda Rusiyanı günahlandırırlar. Həm də bu zaman, təbii ki, indiyə qədər heç kim anlaşılan bir izahat da verməyib. Əlbəttə ki, Rusiya buna dözə bilməz və nəticədə müəyyən gərginlik yaranır. Həqiqətən, bəzən elə dövrlər olur, amma bu o demək deyil ki, bu məqamları arxada qoymaq üçün Rusiya hansısa maraqlarından əl çəkməyə hazırdır. Xeyr, bu qətiyyən belə deyil", - deyə Peskov Kremlin beynəlxalq arenada yaranmış vəziyyəti necə qiymətləndirməsi və Rusiyanın bir sıra ökələrlə münasibətlərinin kəskinləşməsi barədə sualı cavablandırarkən bildirib.

Peskov onu da qeyd edib ki, Rusiya dialoqa açıq olaraq qalır "və bunu prezident Putin dəfələrlə deyib".

2
Teqlər:
haker hücumu, açıqlama, Dmitry Peskov, Rusiya
Ağac kəsimi, arxiv şəkli

İcra Hakimiyyətinin verdiyi əraziyə görə cərimə yazdılar

3
(Yenilənib 17:28 20.04.2021)
İki ağacın kəsildiyi, bir ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

BAKI, 20 aprel — Sputnik. Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov Sputnik Azərbaycan-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Memar İnşaat-2017" MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".

3
Teqlər:
cərimə, ağacların kəsilməsi, tikinti şirkəti, icra hakimiyyəti