Папа Римский Франциск

Papa Avropa dövlətlərini vicdanlı olmağa çağırıb

6
(Yenilənib 17:22 17.06.2015)
Fransisk: Bu məzlumlar, öz ölkələrindəki səfalətdən, vətəndaş müharibələrindən qaçıb özlərinə sığınacaq axtarırlar. Onlara üz çevirmək, qapıları bağlamaq heç bir vicdana sığmaz.

BAKI, 17 iyun – Sputnik. Katoliklərin ruhani lideri, Roma papası Fransisk Avropa Birliyi ölkələrini sərt tənqid edib. O, Şimali Afrikadan olan qaçqınları qəbul etməkdən boyun qaçıran Avropa liderlərini məsuliyyətli olmağa çağırıb. Papa daha çox Fransa və Avstriya hökumətlərini hədəfə alıb.

“Bu məzlumlar, öz ölkələrindəki səfalətdən, vətəndaş müharibələrindən qaçıb özlərinə sığınacaq axtarırlar. Onlara üz çevirmək, qapıları bağlamaq heç bir vicdana sığmaz” — deyə Fransisk əlavə edib.

6