Snup Doq

Məşhur reper Twitter-ə başçılıq etmək istəyir

11
(Yenilənib 18:28 12.06.2015)
Amerikalı məhşur reper Snup Doq (Snoop Dogg) Twitter şirkətinə rəhbərlik etmək üşün öz namizədliyini irəli sürüb.

BAKI, 12 iyun — Sputnik. Amerikalı məhşur reper Snup Doq (Snoop Dogg) Twitter şirkətinə rəhbərlik etmək üşün öz namizədliyini irəli sürüb. 

Sputnik xəbər verir ki, bu barədə o öz mikrobloqunda yazıb.

“Mən Twitter şirkətinə rəhbərlik etməyə hazıram”, — o mikrobloqda qeyd edib.

Twitterin baş direktoru Dik Kostolanın istefa bəyanatından sonra belə bir təkliflə çıxış edib. Kostolo cari ilin iyulun 1-dən etibarən baş direktor vəzifəsini tərk edəcək. Müvəqqəti olaraq onun yerini Cek Dorsi tutacaq. Bununla belə Kostolo Direktorlar Şurasındakı  yerini qoruyub saxlayacaq.

Snup Doq tanınmış amerikalı reper olmaqla yanaşı, prodüsser və aktyordur. O 2014-cü ildə özünün  “Snup Belarusu sevir” lozunqu altında Belarus ornamentli geyim seriyasını cəmiyyətə təqdim edib.

2012-ci ilin aprelində isə reperin papiros vərəqələrindən ibarət cib kitabçasında mahnıları çap olunub. 

11

Yoluxma sayı artdı, ölüm sayı da

9
(Yenilənib 16:41 13.04.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 289 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir.

Ölkədə son sutka ərzində 14 254, hazırkı dövrədək isə 3 040 386 test aparılıb.

9
AstraZeneca peyvəndi, arxiv şəkli

"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

5
(Yenilənib 16:03 13.04.2021)
Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.

 

5
Teqlər:
təsir, peyvənd, AstraZeneca