BAKI, 12 iyun — Sputnik. Bakıda Birinci Avropa Oyunlarının başlanması ilə əlaqədar olaraq paytaxta giriş maksimum məhdudlaşdırılıb.
Bu barədə Sputnik-in müxbiri hadisə yerindən xəbər verir.
Şəxsi minik, yük maşınları şəhər buraxılmır. Bakıya şimal istiqamətindən Bakı-Sumqayıt yolunun 20-ci kilometrində Saray Yol Partul Xidməti postunda bütün şəxsi minik avtomobilləri yol polis əməkdaşları tərəfindən saxlanılır və onların paytaxta hərəkətinə imkan verilmir. Ancaq şəhər qeydiyyatında olan şəxslərə və paytaxt qeydiyyatında olan maşınların hərəkətinə imkan verilir. Şimal istiqamətdə növbəti post Masazır –Xırdalan şəhəri arasındakı körpünün yanında qurulub və nəqliyyat vasitələri orada yoxlanıldıqdan sonra şəhərə buraxılır.
Cənub istiqamətində isə Bakı-Qazax yolunun Qaradağ rayonu Sahil qəsəbəsindəki YPX postunda avtomibillərin hərəkətinə imkan verilmir. Cənub istiqamətdə növbəti şəhərə buraxılış postu Lökbatan qəsəbəsi yaxınlığındakı “Binə” və “Sədərək” Ticarət Mərkəzlərinin yanında qurulub. Onu da qeyd edək ki, postlarda olarkən çox məhdud sayda minik avtomobillərinin paytaxta buraxılmasının şahidi olmaq olar. Postlarda yol polis əməkdaşları ilə yanaşı post-patrul xidmətinin əməkdaşları da xidmət çəkir. Onlar ola biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının alınması məqsədi ilə postlarda xidmətə cəlb olunublar.
Əgər paytaxtın Cənub istiqamətindəki yaşayış məntəqələrindən gələn marşurutlar Səbayel rayonunda “20-ci sahə” deyilən əraziyədək buraxılırdısa, bu gündən marşurutlar Bayıl istiqamətinə deyil, paytaxtın şimal hissəindəki Bakı Beynəlxalq avtovağzalına yönəldilir. Şimal istiqamətindən gələn avtobuslar da Bakı Beynəlxalq Avtovağzalına yönəlidilir. Paytaxta gəlmək istəyənlər avtovağzaldan digər marşurutlarla şəhərə daxil ola bilirlər. Nəqliyyat vasitələrinin paytaxta buraxılmasının məhdudlaşdırılması nəticəsində qurulan postlarda böyük tıxaclar yaranıb.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.