Где пройдёт чемпионат мира по футболу в 2018 году?

Avropa Parlamenti FIFA prezidentini təcili istefaya çağırıb

7
(Yenilənib 12:01 12.06.2015)
Yozef Blatter Avroparlamentin bu barədə qətnaməsindən heyrətlənib və növbədənkənar konqresə qədər postunda qalacağını bildirib.

BAKI, 12 iyun — Sputnik. Ötən gün Avropa Parlamenti FIFA ətrafında baş verənlərlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə təşkilatın prezidenti Yozef Blatter təcili surətdə istefaya çağırılır. 

Sputnik RİA Novosti-yə istinadən bildiri ki, FIFA prezidenti Blatter Avropa Parlamentinin bu çağırışından sonra təcili istefa zərurətini istisna edib. 

"FIFA Avropa Parlamentinin qətnaməsindən heyrətlənib. FIFA prezidenti artıq öz vəzifəsini növbədənkənar konqres zamanı başa çatdırmaq barədə qərarını verib." — deyə FIFA təmsilçisi bildirib. 

FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclasının iyunun 20-də keçiriləcəyi panlaşdırılıb. Təşkilatın saytında verilən məlumata görə,  iclasda FİFA-nın yeni prezidentini seçəcək konqresin tarixi bir daha dəqiqləşdiriləcək.

1998-ci ildən FIFA-ya rəhbərlik edən Blatter mayın 29-da 5-ci müddətə seçilmişdi. İyunun 2-də isə postunu tərk edəcəyini açıqlamış və FIFA-nin İcraiyyə Komitəsindən onun davamçısını seşmək üçün növbədənkənar konqres çağırmağı istəmişdi. 

FIFA İcraiyyə Komitəsi növbədənkənar iclasında təşkilatın yeni rəhbərinin seçilməsilə bağlı növbəti konqresin vaxtını müzakirə etmiş, onu bu ilin 16 dekabrda keçirməyi qərara almışdı.


7
Teqlər:
FIFA, FIFA İcraiyyə Komitəsi, Avropa

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8