Yalçın Akdoğan

HDP-yə çağırış: PKK-nı tərksilah edin

9
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan seçkinin nəticələrinə görə parlamentə girməyi bacaran Xalqların Demokratik Partiyasının lideri Səlahəddin Demirtaşa səslənib.

BAKI, 8 iyun – Sputnik. Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan seçkinin nəticələrinə görə parlamentə girməyi bacaran Xalqların Demokratik Partiyasının lideri Səlahəddin Demirtaşa səslənib.

“Madam ki, 13% səs toplayaraq məclisdə təmsil olunmaq haqqı əldə etdiniz, onda PKK-nın tərksilah olması üçün addım atın. Sülh-sülh deməklə barışıq olmur”, deyə Akdoğan əlavə edib.   

AK partiyanın səs itirməsinə də münasibət bildirən baş nazirin müavini, nəticəni “Allahın işi” olaraq qəbul etdiklərini deyib. 

9
Əlaqədar
Səfir Türkiyə seçkilərindən danışdı
Türkiyədə seçki böhranı yerli valyutanı dəyərsizləşdirdi
Politoloq: Türkiyədə böhran Ərdoğanın mövqeyindən asılıdır
Türkiyəni qarşıdakı yaxın dönəmdə böyük sınaqlar gözləyir