Malayziyada zəlzələ nəticəsində həlak olanların sayı 19-a çatıb

9
(Yenilənib 19:26 07.06.2015)
Malayziyanın şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 19-a çatıb. Onlardan 10-nun sinqapurlu məktəblilər olduğu bildirilir.

BAKI, 7 iyun — Sputnik. Malayziyanın şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 19-a çatıb. Onlardan 10-nun sinqapurlu məktəblilər olduğu bildirilir.

Bu barədə Malayziyanın Ranau şəhəri polis idarəsi rəisinin müavini məlumat verib. Onun dediyinə görə, xilasedicilər 13 meyit aşkar ediblər. Onlardan 10-nun vətəndaşlığı müəyyən edilib. Bunlar Kinabulu dağına yay tətilini keçirməyə gələn sinqapurlu məktəblilərdir. Digər həlak olanlar barədə məlumat sonra veriləcək.

Güclü yeraltı təkanlar nəticəsində daha 20 nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyəti daha ağırdır. İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alanlar arasında Çin, Malayziya, Filippin və Yaponiya vətəndaşları var. Xilasedicilər 18 saat müddətində dağın çətin keçilən yerlərində ilişib qalmış 137 turisti xilas edə biliblər.

İyunun 6-da Sabah ştatında 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Ranau şəhərindən 19 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində Kinabulu dağında yerləşən turistlər üçün kurorta ciddi ziyan dəyib.

9
Teqlər:
məktəblilər, meyit, ciddi ziyan, kurort, episentr, yay tətili, polis idarəsi, turist, yeraltı təkanlar, Zəlzələ, Ranau şəhəri polis idarəsi, Ranau şəhəri, Sabah ştatı, Yaponiya, Filippin, Çin, Kinabulu dağı, Malayziya
Əlaqədar
Günün üçüncü zəlzələsi
Şamaxı və İsmayıllıda zəlzələ oldu
ABŞ-da zəlzələ olub
Yaponiyada güclü zəlzələ baş verib
Solomon adalarında 6,9 bal gücündə zəlzələ baş verib
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

2
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
DSX əsgəri, arxiv şəkli

Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi

15
(Yenilənib 12:43 21.10.2020)
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

15
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə