Ceyms Boysen

Xəstə üzərində inanılmaz əməliyyat

218
(Yenilənib 20:06 05.06.2015)
Amerikalı cərrahlar xərçəng və şəkərli diabetdən əziyyət çəkən 55 yaşlı xəstəyə kəllə sümüyü, baş dərisi, böyrək və mədəaltı vəz köçürüblər.

BAKI, 5 iyun — Sputnik. Amerikalı cərrahlar xərçəng və şəkərli diabetdən əziyyət çəkən 55 yaşlı xəstəyə kəllə sümüyü, baş dərisi, böyrək və mədəaltı vəz köçürüblər.

Ceyms Boysen adlı pasiyent leyomisarkomadan əziyyət çəkib. Kimyəvi terapiya onun kəllə sümüyünü ovub, qəbul etdiyi dərmanlar isə orqanizmin bərpa olunmasına imkan verməyib. 

50-dən artıq həkim və tibbi heyətin iştirakı ilə keçirilən əməliyyat 15 saat çəkib. Nəticədə Boysen yeni kəllə sümüyü, baş dərisi, böyrək və mədəaltı vəz qazanıb. Maraqlıdır ki, yeni orqanlar bir şəxsdən götürülməyib. 

Boysen iki həftə xəstəxanada yatdıqdan sonra artıq evə buraxılıb.

218