Rövnəq Abdullayev

Rövnəq Abdullayev neftin ixracının azaldılmasının səbəbini açıqladı

8
(Yenilənib 14:19 03.06.2015)
SOCAR prezidenti: Neftin qiymətinin düşməsinə baxmayaraq hələ ki, bütün layihələr həyata keçirilir.

BAKI, 3 iyun – Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev may ayında neft məhsullarında ixracın azalması məsələsinə aydınlıq gətirib.

Sputnik “APA-Economics”ə istinadən xəbər verir ki, SOCAR prezidenti I Avropa Oyunları ilə əlaqədar ölkənin yanacağa olan tələbatını tam ödəmək məqsədilə ötən ay neft məhsullarının ixracının azaldıldığını deyib: “Biz neft məhsullarının ixracını dayandırmamışıq. Sadəcə olaraq ixracı bir az azaltmışıq. Bilirsiniz ki, qarşıdan Avropa Oyunları gəlir. Buna görə də yanacağa böyük tələbat var. O tələbatı tam ödəmək üçün neft məhsullarının ixracını bir az azaltdıq ki, anbarlarda yanacağımız bol olsun. Bu, imkan verəcək ki, daxili bazarın tələbatını tam ödəyək”.

Rövnəq Abdullayev həmçinin neftin qiymətinin aşağı düşməsinə görə heç bir layihəni dayandırmadıqlarını bildirib:  “Heç bir layihəni dayandırmamışıq. Çünki, həmin layihələrin maliyyələşmə məsələləri həll olunmuşdu. Maliyyə mənbələri bəlli idi. Bütün layihələr qrafikə uyğun həyata keçirilir”.

 

8
Teqlər:
SOCAR, Rövnəq Abdullayev, Bakı
Hövsan yaşayış kompleksi, arxiv şəkli

Güzəştli mənzillərin satışı başa çatdı - Kasıb ev ala bildinmi?!

2
(Yenilənib 19:33 24.09.2020)
Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

BAKI, 24 sentyabr — Sputnik. 224 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub.

Bu barədə Sputnik Azərbaycan-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 30.06.2020 və 03.07.2020-ci il tarixlərində "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb. Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Satışın nəticələri barədə statistik məlumatlarla bu link vasitəsilə tanış ola bilərsiniz:https://mida.gov.az/az/statistics/statistics_21/

2
Əlaqədar
Bəzilərinin son ümidi – Güzəştli evlər satıldı
Güzəştli mənzillər adlarına uyğundurmu və yaxud bunun nəyi güzəştdir?
Güzəştli mənzil alanda şanslı olmaq istəyirsinizsə...
Azərbaycanın daha bir şəhərində güzəştli mənzillər tikiləcək
Güzəştli ev almaq istəyənlərin nəzərinə - Növbəti satışa hazırlaşın
Televizor

İctimai televiziya XX yüzilliyə səyahət təklif edir

0
(Yenilənib 19:59 24.09.2020)
Layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında sözügedən şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq

BAKI, 24 sentyabr — Sputnik. "İctimai TV"nin efirində bu gündən etibarən möhtəşəm layihəyə start verilir. Layihənin rəhbəri bir çox sənədli filmlərin ssenari müəllifi, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Layihə rəhbərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında həmin dövrün şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq:

"Bir ildən çoxdur ki, "İctimai TV"nin rəhbərliyi ilə birlikdə bu layihə üzərində çalışırıq. "XX Yüzillik" adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunacaq. Sənədli verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunacaq".

M.Həsənli əlavə edib ki, həftədə bir dəfə yayımlanacaq sənədli verilişdə hansı tarixi şəxsdən bəhs ediləcəksə, o, ancaq tarixi faktlara, arxiv sənədlərinə əsaslanacaq. Tarixi şəxsiyyətlərin atdığı addımlar, gördüyü işlər ictimaiyyətə çatdırılacaq.

"Bilirsiniz ki, XX əsrin əvvəlləri ilə bağlı çoxlu şayiələr, əfsanələr var. İstər həmin dövrdə baş vermiş hadisələr, istər həmin dövrdə yaşamış və fəaliyyət göstərmiş şəxsiyyətlər, istərsə də tarixi abidələr haqqında müxtəlif miflər yaranıb. Məsələn, belə şayiə var ki, Bakıya Şollar suyu Hacı Zeynalabdin Tağıyevin pulu ilə çəkilib. Amma arxiv sənədləri göstərir ki, bu, yanlışdır. Şollar suyunu Tağıyev çəkməyib. Biz bununla Tağıyevin xidmətlərini azaltmaq fikrində deyilik. Əksinə, yeri gəldikcə, Tağıyevin gördüyü xeyirxah işlər barədə silsilə boyu danışılacaq", - deyə layihənini rəhbəri bildirib. 

Qeyd edək ki, "XX Yüzillik" adlı sənədli verilişin ilk buraxılışı bu gün saat 22:00-da yayımlanacaq.

0