Con Makkeyn

Amerikalı senator Con Makkeyn Sputnik-ə FIFA-dan danışdı

27
(Yenilənib 11:48 03.06.2015)
Sputnik-ə açıqlama verən amerikalı senator Con Makkeyn, Blatterin istefasına sevindiyini deyib.

BAKI, 3 iyun – Sputnik. Amerika Birləşmiş Ştatlarında yayımlanan ABC telekanalı və İndependent qəzeti dünən istefa verən FIFA prezidenti Zepp Blatter barəsində şok iddia ortaya atıb. Məlumatda ABŞ Federal Təhqiqatlar bürosunun (FBR) Blatteri rüşvət əməliyyatında şübhəlilər siyahısına daxil etdiyi bildirilir.

 “İstefa etsəm günahkar olduğumu qəbul etmiş kimi olaram” deyərək namizədliyini verən və 5-ci dəfə quruma rəhbər seçilən Zepp Blatterin dünənki ani istefası şübhələri artırıb. 

Sputnik-ə açıqlama verən amerikalı senator Con Makkeyn, Blatterin istefasına sevindiyini deyib.

“Vəzifədən getdiyinə sevinirəm. Amma bu, FIFA-da hər şeyin düzəldiyi anlamına gəlmir” — deyə Makkeyn əlavə edib. 

Blatteri 5-ci dəfə seçildikdən sonra ilk təbrik edən Rusiya idman naziri Vitali Mutko məlum istefadan sonra açıqlama yayıb.

“Zepp Blatter FIFA-dakı narazılıqları, fikir ayrılıqlarını aradan qaldırmaq üçün istefa verdi. Bu qərar qurumdakı islahatların davamını daha da sürətləndirəcək” deyə açıqlamada qeyd olunub. 

İstefa ilə bağlı ən maraqlı bəyənatı Polşa Futbol Federasiyasının prezidenti Zbiqniev Boniek verib. Boniek “Şok oldum. Qorxuram, bu qərarın arxasında böyük oyunlar oynanılır. Bu hələ xaosun başlanğıcıdır” — deyib. 

Beynəlxalq Futbol Federasiyası Birliyi olan FIFA özünə yeni rəhbər təyin etmək üçün təcili toplanacaq. Yeni prezident seçilənədək Zepp Blatter vəzifəsinə davam edəcək.

 

 

27
Teqlər:
FIFA, Con Makkeyn, ABŞ
Bollivud ulduzu Əmir Xan, arxiv şəkli

Bollivud ulduzu Türkiyədə

1
(Yenilənib 22:23 10.08.2020)
Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri Türkiyədə davam etdiriləcək. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. 1994-cü ildə çəkilən, ABŞ istehsalı olan "Forest Qamp" ("Forrest Gump") filminin hind versiyası olan "Lal Sinqx Çadha" ("Laal Singh Chaddh") filminin çəkilişləri yarımçıq qalıb. Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri, Türkiyədə davam etdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, filmin çəkilişlərinin böyük bir hissəsi Türkiyədə aparılacaq. Çəkilişlərlə bağlı Türkiyəyə gələn Bollivud ulduzu Əmir Xanı Adana hava limanında pərəstişkarları qarşılayıblar. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb. "3 Səfeh" filmində yaradıcılıq yolları birləşən Karina Kapul bu filmdə də aktyorun tərəf-müqabili olacaq. Filmin rejissoru Advait Çandandır.

Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq.

1
Əlaqədar
Azərbaycanda çox sevilən hind aktyoru ailə üzvləri ilə birgə reanimasiyaya yerləşdirildi
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tramp Bollivud VİDEOsunda - özü paylaşdı
Hind gözəlliyi: Mumbay moda həftəsində parlaq sarilər və kino ulduzları
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
Məmurlar, arxiv şəkli

Bratislava ilə Moskva arasında diplomatik qalmaqal

4
(Yenilənib 22:23 10.08.2020)
Öz növbəsində Rusiya XİN bu qərara “güzgü” qaydasında cavab veriləcəyini bildirib: “Ənənəvi olaraq, adekvat cavab veriləcək”.

BAKI, 10 avqust — Sputnik. Rusiyanın üç diplomatını casusluqda ittiham edərək Slovakiyadan çıxarırlar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Bloomberg yazıb.

Agentliyin adı çəkilməyən müsahibi bildirib ki, onlar ölkəni həftənin sonunadək tərk etməlidirlər.

“Qərar Baş nazir İqor Matoviçin yeni administrasiyası tərəfindən qəbul edilib”, - məqalədə bildirilir.

Slovakiya Xarici İşlər Nazirliyi Reuters-ə rusiyalı diplomatların gerçəkdən də ölkədən çıxarılacağını təsdiqləyib.

Öz növbəsində Rusiya XİN bu qərara “güzgü” qaydasında cavab veriləcəyini bildirib: “Ənənəvi olaraq, güzgü cavabı veriləcək”.

Diplomatik münasibətlər barədə Vyana konvensiyasına görə, qəbul edən dövlətə istənilən vaxt və heç bir səbəb gətirmədən diplomatik nümayəndəlikdən istənilən şəxsi persona non-qrata elan edə bilər. Akkreditə edən ölkə bu nümayəndəni geri çağırmalıdır, əks halda həmin şəxsin olduğu ölkə onu diplomat hesab etməkdən boyun qaçıra bilər.

 

4