ABŞ-da zəlzələ olub

9
ABŞ-ın Oreqon ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.

BAKI, 2 iyun — Sputnik. ABŞ-ın Oreqon ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Seylem şəhərindən 500 km qərbdə, ocağı isə 13 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

 

9