Asan Xidməti_Yasamal şöbəsi

«ASAN xidmət» bölgələrdə səyyar xidmətə başlayıb

36
(Yenilənib 16:45 01.06.2015)
1–15 iyun 2015-ci il tarixində Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək.

BAKI, 1 iyun — Sputnik. “ASAN xidmət” pespublikanın bölgələrində səyyar xidmətə başlayıb. 

«ASAN xidmət»-dən Sputnik-ə verilən məlumatda bildirilir ki, qurum mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təminedilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlərgöstərir. 

1–15 iyun 2015-ci il tarixində Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək.

Belə, ki:

Balakən, Zaqatala, Qax rayonlarının sakinləri Balakəndə;

Qəbələ, İsmayıllı rayonlarının sakinləri Qəbələdə; 

Kürdəmir, Hacıqabul rayonlarının sakinləri isə Kürdəmirdə Səyyar ASAN xidmətdən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

36
ABŞ bayrağı. Arxiv şəkli

ABŞ səfirliyindən xəbərdarlıq: Abşeron yarımadasını tərk etməyin

9
(Yenilənib 21:23 25.09.2020)
Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür

BAKI, 25 sentyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi xəbərdarlıq yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, səfirlik ABŞ vətəndaşlarına gərəkli səbəb olmadan Abşeron yarımadasının hüdudlarından kənara çıxmamağı tövsiyə edir. Bu xəbərdarlıq son günlər Ermənistan – Azərbaycan sərhədində vəziyyətin gərgin olması ilə izah edilir. Səfirlik öz əməkdaşları və onların ailə üzvlərini Abşeron yarımadasını tərk etməmək barədə artıq təlimatlandırıb.

Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür. Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə, kütləvi toplantılarda ehtiyatlı olmağa çağırıb. Diplomatik korpus bildirib ki, təhlükəsizlik barədə vəziyyəti izləməyə davam edəcək və lazım olduqda əlavə məlumat yayacaq.

9
Teqlər:
gərginlik, sərhəd, Azərbaycan, Ermənistan, tərk etmək, Abşeron yarımadası, əməkdaşlıq, vətəndaşlar, xəbərdarlıq, ABŞ səfirliyi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
İnsanlar su üçün növbəyə dayanıblar, arxiv şəkli

sayğac var, standart ya su qıtlığına dair izahat

3
(Yenilənib 20:23 25.09.2020)
"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur"

BAKI, 25 sentyabr — Sputnik. "Hazırda Bakının bəzi ərazilərində, xüsusən bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir".

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, standartlara cavab verməyən su xətlərinə daha çox Abşeron rayonunun Ceyranbatan, Saray, Masazır, Novxanı, Hökməli, Qobu, Binəqədi, Sabunçu, Suraxanı rayonlarının qəsəbələrində rast gəlinir.

A.Cəbrayıllı bildirib ki, vətəndaşlar bəzən su xətlərini torpağın üstü ilə çəkirlər.

"Yeni tikilən evlərin sahibləri qonşudan su çəkməklə fərdi şəbəkələri genişləndirir ki, bu da istismarda çətinliklər yaradır. Sadalanan ərazilərdə sudan qeyri-qanuni istifadə halları çoxdur. "Azərsu" ASC-nin əməkdaşları isə o xətləri nə vaxt aşkar etsələr, onda qanunsuz istifadənin qarşısını ala bilərik", - deyən mətbuat katibi bir il ərzində mindən çox belə qanunsuz hallar aşkar edildiyini vurğulayıb.

"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur", - deyə o əlavə edib.

3
Teqlər:
Anar Cəbrayıllı, "Azərsu" ASC, su sayğacları, sayğac, magistral su xətti, susuzluq, susuz, su