Kriştiano Ronaldu

Ronaldu “Real”ı tərk etməyə hazırlaşır

35
(Yenilənib 19:19 29.05.2015)
Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu hazırda çıxış etdiyi komandanı tərk edə bilər.

BAKI, 29 may — Sputnik. Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu hazırda çıxış etdiyi komandanı tərk edə bilər.

Bu barədə İspaniyanın nüfuzlu “Don Balon” nəşri məlumat yayıb.

“Real” mövsümdə uğursuz çıxış etdikdən sonra Karlo Ançelottini istefaya göndərən klubun prezidenti Florentino Peresin hərəkəti futbolçunun xoşuna gəlməyib. Pereslə Ronaldu arasında münasibətlər əvvəlcədən də yaxşı deyildi. Bundan başqa, “Kral klubu” prezidentinin yarımmüdafiəçi Qaret Beylə göstərdiyi qeyri-şərtsiz dəstək də Ronaldunun könlüncə olmayıb. O, həmçinin İspaniya KİV-lərinin “Real”ın növbəti baş məşqçi qismində şanslarını yüksək dəyərləndirdiyi Rafael Beniteslə işləmək istəmir.

Kriştianu Ronaldunun İspaniyanın “Real” klubu ilə müqaviləsi 2018-ci ilədək qüvvədə olsa da, Fransanın “Pari Sen-Jermen” komandası artıq indidən onunla maraqlanır və transfer təzminatını ödəməyə hazırdır.

35
Qadın kölgəsi, arxiv şəkli

Qəbələdə qadın intihar edib

2
(Yenilənib 16:43 20.04.2021)
Qəbələdə otuz iki yaşlı qadının özünü öldürmə səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Qəbələdə 32 yaşlı qadın özünü öldürüb.

Sputnik Azərbaycan bildirir ki, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini,  32 yaşlı Şölə Sədiyar qızı Aslanova özünü asaraq intihar edib. Qadının özünü öldürmə səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

2
Teqlər:
Qəbələ, qadın, intihar
İdris Debi, arxiv şəkli

Prezident döyüşdə həlak oldu, ölkənin sərhədləri bağlandı

4
(Yenilənib 16:31 20.04.2021)
"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk".

BAKI, 20 aprel — Sputnik. Çad Respublikasının Prezidenti İdris Debi ölkənin şimalında üsyançılara qarşı döyüş zamanı aldığı xəsarətdən həlak olub. Bu barədə RİA Novosti "Frans-Press" agentliyinə istinadla məlumat yayıb. Məlumatı döyüşlərdə iştirak etmiş hərbçilər təsdiqləyiblər.

Qeyd olunur ki, 68 yaşlı Debi silahlı üsyançılara qarşı mübarizədə qələbəni qeyd etmək və silahlı qüvvələrin əməliyyatlarına rəhbərlik etmək üçün cəbhə bölgəsinə gedib. Dövlət başçısı toqquşmada ağır yaralanaraq xəstəxanaya çatdırılıb, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk", – deyə ordunun rəsmi nümayəndəsi general Azem Bermandoa Aquna yerli televiziya kanalında çıxışı zamanı bildirib.

Qeyd edək ki, İdris Debi bir qədər əvvəl seçicilərin 79% səs çoxluğu ilə altıncı dəfə ölkənin prezidenti seçilmişdi. O, 1990-cı ilin dekabrından bu yana dövlət başçısı vəzifəsində idi.

Seçki günü aprelin 11-də hərbçilər Liviyadakı bazalardan Çada qarşı hücuma başlayıblar. Bir müddət sonra səngiyən döyüşlər ötən bazar günü yenidən başlayıb və bazar ertəsi Çad ordusu "Çadda Dəyişiklik və Razılaşma Cəbhəsi"nin (FACT) 300-dən çox üsyançı üzvünü məhv edib.

Yerli "Al Wihda" qəzetinin yazdığına görə, prezidentin ölümündən sonra ölkədə onun oğlu Debi Mahamatın başçılığı ilə müvəqqəti hərbi şura yaradılıb. Şura tezliklə "keçid dövrü xartiyası"nı elan edəcək.

Prezidentin ölümündən sonra Çadda iki həftəlik milli matəm və saat 18:00-dan 5:00-a kimi komendant saatı elan olunub. Bundan başqa, hərbçilər "başqa bir təlimata qədər" ölkənin quru və hava sərhədlərini bağlamağa qərar veriblər.

Qeyd edək ki, Çad terrorçular və qanunsuz miqrasiya səbəbindən Afrika qitəsinin ən problemli bölgələrindən biri olan Saheldə yerləşir. 2014-cü ildə Fransa bölgədə "Barxan" adlı antiterror əməliyyatına başlayıb. Bu missiya Burkina-Faso, Mavritaniya, Mali, Nigeriya və Çadı da əhatə edən "Sahel Beşliyi"nin (G5) regional quruluşu tərəfindən dəstəklənib.

4