Təhsil nazirliyi

Diplomların tanınması ilə əlaqədar sənəd qəbulu dayandırılır

21
(Yenilənib 21:44 29.05.2015)
Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq.

BAKI, 29 may — Sputnik. Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq.

Nazirlikdən APA-ya verilən xəbərə görə, iyunun 15-dən sentyabrın 1-dək sənədlər qəbul edilməyəcək.

Bu müddətdə yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən təxris olunan, Dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunur.

21
(0:19 / 2.46Mb / просмотров видео: 111)

Azərbaycan Ordusu Ermənistan mövqelərinə qüvvətli artilleriya zərbələri endirir - VİDEO

43
(Yenilənib 12:21 30.09.2020)
Bütün cəbyə boyu döyüşlər davam edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ordumuzun bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyi andan video yayıb. Daha ətraflı - videoda.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

43
İsrail və Azərbaycan bayrağı

Deputatlardan tələb: Azərbaycan İsraildə səfirlik açsın!

27
(Yenilənib 12:24 30.09.2020)
Milli Məclisin bugünkü iclasında deputatlar İrandan Ermənistana silah daşınmasını tənqid ediblər və Azərbaycanın İsraildə səfirlik açması təklifini irəli sürüblər.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın İsraildə səfirlik açması təklif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Sabir Rüstəmxanlı, Fəzail Ağamalı bu təkliflə çıxış ediblər.

Sabir Rüstəmxanlı İrandan Ermənistana silah daşınmasını tənqid edib.

Qeyd edək ki, İran Prezident Aparatının rəhbəri M.Vaezi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İrandan Ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları təkzib edib.

O vurğulayıb ki, yayılan məlumatlar əsassızdır. İran rəsmisinin sözlərinə görə, bu cür məlumatlar ölkəsi və Azərbaycan arasında əlaqələri korlamaq məqsədilə yayımlanır:

"Heç şübhəsiz Tehran və Bakı arasındakı strateji, yaxşı və hərtərəfli əlaqələrə bu kimi şayiələrin yayılması təsir etməyəcək və iki ölkənin əlaqələrini korlamaq istəyənlərin hərəkətləri heç bir nəticə verməyəcək".
27