UEFA

UEFA rəhbərliyi FIFA konqresinin təxirə salınmasını tələb edir

6
(Yenilənib 13:42 31.05.2015)
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) konqresinin və prezident seçkilərinin təxirə salınmasını tələb edib.

BAKI, 28 may — Sputnik. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) konqresinin və prezident seçkilərinin təxirə salınmasını tələb edib.

APA-nın xəbərinə görə, bu barədə UEFA-nın FİFA-dakı korrupsiya qalmaqalı və təşkilatın bir sıra nümayəndələrinin həbsi ilə əlaqədar bəyanatında deyilir. Bəyanatda bildirilir ki, əks təqdirdə UEFA FİFA konqresini və seçkiləri boykot edə bilər:  

“FIFA-nın qarşıdakı konqresi məzhəkəyə çevrilə bilər, buna görə də Avropa assosiasiyaları həssaslıqla düşünməlidir: bəlkə onlar ümumiyyətlə, bu konqresdə iştirakdan vaz keçsinlər və bununla da sistemə xəbərdarlıq etsinlər? Çünki bu sistem dayandırılmasa, əvvəl-axır futbolu öldürəcək. UEFA İcra Komitəsinin üzvləri FIFA rəhbərliyində dəyişikliklərin zəruriliyinə əmindirlər və qəti inanırlar ki, FIFA konqresi təxirə salınmalı, 6 ay ərzində yeni prezident seçkiləri təşkil edilməlidir”. 

FIFA konqresi mayın 29-da İsveçrənin Sürix şəhərində başlamalıdır. Mayın 27-də təşkilatın bir sıra yüksək səviyyəli nümayəndələri korrupsiya, dələduzluq, çirkli pulların yuyulması ittihamları ilə həbs edilib.  

6
Mövzu:
FIFA ətrafında qalmaqal (12)
Əlaqədar
UEFA FIFA-nın seçki konqresini boykot edə bilər
FIFA: Dünya Kubokunun qrafikində dəyişiklik olmayacaq
FIFA-da rüşvət skandalı, prezident həbs oluna bilər