Hacı İbrahim

Hacı İbrahim Nehrəmli: Kreditimi bağlayıb, sərbəst buraxılmışam

21
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Avesta” konserninin prezidenti Hacı İbrahim İbrahimov dünən sərbəst buraxılıb.

BAKI, 28 may — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) dünən sərbəst buraxılıb.

Bu barədə iş adamı özü “APA-Economics”ə bildirib.

“Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”, — deyə o qeyd edib.

Konsernin prezidenti qeyd edib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsi ilə bağlı suala isə iş adamı bu cür cavab verib: “Hər şey normaldır, qaydasındadır”.

O qeyd edib ki, “Avesta” konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan xəbərlər də yalandır.

21
Əlaqədar
Hacı İbrahim 45 milyona "Avesta"nı satır
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu