Xəzər dənizi

Səfir: Xәzәrin böyük bir hissәsinin quruma ehtimalı var

21
(Yenilənib 08:29 28.05.2015)
Azәrbaycan prezidentinә BMT-nin iqlim dәyişikliyi ilә bağlı konvensiyası iştirakçılarının 21-ci görüşündә iştirak etmək üçün dәvәt göndәrilib.

BAKI, 27 may — Sputnik. Xәzәr dәnizinin böyük bir hissәsinin quruma ehtimalı var. 

Sputnik xəbər verir ki, bunu Fransanın Azәrbaycandakı sәfiri Paskal Monye jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2015-ci ilin 30 noyabr-11 dekabr tarixlərindә Fransada iqlim dәyişikliyi ilә bağlı  BMT-nin konfransının keçrilməsi nəzərdə tutulur: “Azәrbaycan prezidentinә BMT-nin iqlim dәyişikliyi ilә bağlı konvensiyası iştirakçılarının 21-ci görüşündә iştirak etmək üçün dәvәt göndәrilib”.

Səfir deyib ki, tәdbir dövlәt vә hökumәt başçıları sәviyyәsindә keçirilәcәk: “Hәr bir ölkәnin konfransa öz töhfәsini verәcәyi gözlәnilir. Dünyada müxtәlif tәbii fәlakәtlәr gözlәnilir. Qlobal quraqlıq sәbәbindәn kütlәvi miqrasiya baş verә bilәr. Yüz milyonlarla insanın hәyatı dәyişә bilәr. Hәtta Xәzәr dәnizi dә iqlim dәyişikliyinә mәruz qala, quraqlıq baş verә vә dənizin böyük hissәsi quruya bilәr. Bütün dövlәtlərin bu kimi məsələlərlə bağlı töhfәlәr verəcəyi gözlәnilir”.

O qeyd edib ki, artıq bəzi ölkәlәr öz tәkliflәrini göndәrib: “2080-ci ildә 1-3 milyard insan bu problemlәrdәn әziyyәt çәkә bilәr. Ümumiyyәtlә insanlar, adәtlәr dәyişmәlidir".

21
Teqlər:
dəvət, iqlim dəyişikliyi, məruzə, təbii fəlakətlər, əziyyət, təkliflər, qlobal quraqlıq, quruma, səfir, BMT-nin konfransı, BMT, Paskal Monye, Xəzər dənizi, Fransa
Hərbçi

Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz əlavə edilib

4
İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

BAKI, 2 mart — Sputnik. "Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib".

Bu barədə Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

"Əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir", - məlumatda qeyd olunub.

4
Azərpoçtun binası, arxiv şəkli

"Azərpoçt"a yeni baş direktor təyin olundu

5
Nazir Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

BAKI, 2 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb. Qeyd edək ki, o, bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

5