Qəzzaya zərbələr

İsrail yenidən Qəzzaya zərbələr endirib

12
(Yenilənib 14:56 27.05.2015)
Bu arada, Qəzzadan atılan raketlər səbəbilə İsrailin Aşdod şəhərindəki bir çox məktəblərdə tətil elan edilib.

BAKI, 27 may — Sputnik. Bu gecə İsrail ordusuna aid qırıcı təyyarələr Fələstinin Qəzza zolağına zərbələr endirib.

Ordunun rəsmi internet səhifəsində verilən açıqlamada, hava qüvvələrinin ölkəyə atılan raket zərbələrinə cavab olaraq Qəzzanın şimalındakı Həmas-a aid hərbi məntəqələri vurduğu bildirilir.

İnsan itkisi və xəsarət alanlar barədə məlumat yoxdur. Həmas qruplaşması isə İsrail tərəfinə atılan raketlərə cavabdeh olmadıqlarını bəyan edib.

Bu arada, Qəzzadan atılan raketlər səbəbilə İsrailin Aşdod şəhərindəki bir çox məktəblərdə tətil elan edilib. Kanal 10 televiziyasına açıqlama verən Təl-Əviv hökumətinin sözcüsü, fövqəladə hallar üçün yeraltı şəhərciklərin hazır vəziyyətə gətirildiyini deyib.

İsrail hökuməti Qəzzadan gələcək istənilən raket hücumunda Həması məsul tutacaqlarını bildirir.

12
Teqlər:
hərbi məntəqələr, raket hücumu, tətil, qırıcı təyyarələr, xəsarət, Aviazərbə, Həmas, Aşdod, Təl-Əviv, Fələstin, Qəzza, İsrail
Əlaqədar
Dünya bankı: Qəzza üstü açıq həbsxanaya çevrilib