Талибы

Əfqanıstanda otelə hücum edən silahlılardan 4-ü öldürülüb

6
(Yenilənib 10:50 27.05.2015)
Əfqanıstanın paytaxtı Kabil şəhərinin Vəzir Əkbər Xan rayonundakı otelə hücum edən silahlılardan 4-ü öldürülüb.

BAKI, 27 may — Sputnik. Əfqanıstanın paytaxtı Kabil şəhərinin Vəzir Əkbər Xan rayonundakı otelə hücum edən silahlılardan 4-ü öldürülüb.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan daxili işlər nazirinin müavini, general Məhəmməd Ayub Salanqi özünün “Twitter” səhifəsində məlumat verib.

“Kalaşnikov” avtomatları və qumbaraatanlarla silahlanmış talibanlar Əfqanıstan paytaxtının hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda yerləşən mehmanxanaya daxil ola bilmişdilər. Lakin təhlükəsizlik qüvvələri onları binadan çıxarmağa nail olub. Atışma 7 saatdan çox davam edib. Dinc əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölən yoxdur.

6