Skype

“Skype”-a qarşı cinayət işi başlanıb

8
(Yenilənib 18:57 29.05.2015)
“Skype” erməni cinayətkar qrupunun iki üzvü arasında aparılan danışıqlar haqda məlumat verməkdən imtina edib.

BAKI, 27 may — Sputnik. “Skype” internet telefon xidmətinə qarşı Belçikanın Mexelen şəhər prokurorluğunda cinayət işi başlanıb

 

Sputnik-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Belçikanın bu məlumatı La Libre nəşri yayıb.

 

Məlumatda deyilir,  “Skype”  2012-ci ildə erməni cinayətkar qrupunun iki üzvü arasında aparılan danışıqlar barədə məlumat verməkdən imtina edib.  

 

Erməni cinayətkarların “Skype” internet telefon xidmətindən fəal istifadə etdiyi bildirilir. Onlar qaçaqmal və oğurluq malların ölkəyə gətirilməsi ilə bağlı cinayət əməllərini  məhz “Skype” vasitəsilə razılaşdırıblar.

 

2012-ci ildə “Skype” yerli rabitə operatoru olmadığını əsas gətirərək  Belçika hüquq-mühafizə qurumlarının sorğusunu təmin etməkdən boyun qaçırıb.  

 

Prokurorluq  şirkəti Belçika qanunlarını pozmaqda ittiham edir.

8