dollar

Azərbaycana 194,4 min saxta dollar keçirmək istəyən şəxs saxlanılıb

21
(Yenilənib 01:40 26.05.2015)
“Qırmızı körpü” sərhəd keçid məntəqəsində Azərbaycana saxta dollar keçirmək istəyən 21 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb.

BAKI, 26 may — Sputnik. Azərbaycan-Gürcüstan “Qırmızı körpü” sərhəd keçid məntəqəsində Azərbaycan tərəfə saxta dollar keçirmək istəyən 21 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb.

Sputnik-ə verilən xəbərə görə, Gürcüstanın Daxili İşlər Nazirliyinin bu barədə yaydığı məlumatda adı açıqlanmayan Gürcüstan vətəndaşının üzərindən 194,4 min saxta dollar əskinaslarının aşkar edilib əşyayi-dəlil kimi götürüldüyü bildirilir. Saxlanılan şəxs sərhəddən saxta dollar keçirməyə cəhd etdiyini boynuna alıb.

Gürcüstan DİN-nin məlumatına görə, Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əskinasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanılıb, araşdırma aparılır. Saxlanılan şəxsin günahı sübut olunarsa, o, 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası alacaq. 


21