birja hərrac neft

Neftimiz ucuzlaşdı

28
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

BAKI, 25 may — Sputnik. Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 0,1 dollar bahalaşaraq 59,82 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir barrelinin qiyməti 0,08 dollar ucuzlaşaraq 65,29 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 1,22 dollar ucuzlaşaraq 66,14 dollar təşkil edib.

 

28
Teqlər:
AzəriLayt, Brent, Layt markalı neft, Neft, ARDNŞ, Nyu-York, London