Pakistan nüvə raketi

İŞİD Pakistandan nüvə silahı alır

63
(Yenilənib 10:55 25.05.2015)
İŞİD yaxın 12 ay ərzində Pakistandan nüvə silahı almaq niyyətində olduğunu bəyan edib.

BAKI, 24 may — Sputnik. "İslam dövləti" təşkilatı (İŞİD) yaxın 12 ay ərzində Pakistandan nüvə silahı almaq niyyətində olduğunu bəyan edib. Bu barədə Britaniyanın Independent qəzeti məlumat verir.    

Təşkilata məxsus media orqanı olan Dabiq jurnalı da bu barədə yazıb.

"İŞİD-in bank hesabında milyardlarla dollar var. Onlar sadəcə Pakistandakı nümayəndəliklərinə zəng etməklə korrupsiyaya bulaşmış məmurlarla iş görən işbazların əliylə nüvə bombasını əldə edə bilərlər", deyə jurnaldakı məqalədə girov briyaniyalı jurnalist Con Kentli (John Cantlie) yazır.

Con Kentli 2012-ci ildə terrorçular tərəfindən Suriyada girov götürülüb.

İŞİD terror təşkilatı 2014-cü ildə Suriya və İraqda ələ keçirdiyi torpaqlarda "xilafət" elan edib. Təşkilat Suriyada hökumət qüvvələri ilə döyüşlərdə güc toplayıb. Onların fəaliyyəti nəticəsində on minlərlə dinc sakin həlak olub, yüz minlərlə insan qaçqına çevrilib, minlərlə adam isə girovdur. Bir sıra dünya ölkələrində yerli qruplaşmalar özlərini "xilafətin vilayəti" elan edərək İŞİD-in adından fəaliyyət göstərirlər.

63
Əlaqədar
Səudiyyə Ərəbistanının gizli planı üzə çıxıb