Üzlüklərin sökülməsi

Lənkəranda da bina üzlüklərini sökürlər

29
Bu gün axşama qədər Lənkərandakı bütün binaların fasadları tarixin arxivinə qovuşacaq.

BAKI. 23 may — Sputnik. Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın hadisəsindən sonra Lənkəranda da binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə başlanılıb.

Sputnik APA-ya istinadən məlumat verir ki, 3 il əvvəl şəhərin çoxmərtəbəli binalarının fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsi prosesi Lənkəran şəhər İcra Hakimiyyətində yaradılmış müvafiq komissiyanın qərara uyğun olaraq həyata keçirilir.

Lənkəranda 1 beşmərtəbəli, 3 dördmərtəbəli və 1 ikimərtəbəli bina  penopoliuretanla üzlənib. Söküntü işləri həmin binaların hər birində aparılacaq. 

Lənkəran şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin binalarında istifadə olunan material Türkiyə istehsalıdır və birbaşa bu ölkədən gətirilib. Həmin materiallar odda yanmır, amma onlarda ərimə prosesi gedir. Bununla belə vətəndaşların narahatlığını nəzərə alınaraq, onların sökülməsinə qərar verilib. Həmin binalar sonradan Lənkəranın memarlıq xüsusiyyətlərinə uyğun şəkildə alternativ materiallarla üzlənəcək.

Lənkəranda binaların fasadlarındakı üzlüklərin sökülməsi prosesini bu günün sonuna kimi başa çatdırmaq nəzərdə tutulub. 

29
Əlaqədar
Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək
Bakıda yanan binada təmir işlərinə başlanılıb
Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumu açıqlandı
Abutalıbov: Yanan bina ilə bağlı hələ çox həbslər olacaq