Bakıda yanan bina

Son yanğınlarla bağlı daha 4 nəfər həbs edildi

36
(Yenilənib 08:35 23.05.2015)
Bakının Binəqədi və Xətai rayonlarında yaşayış binalarında baş verən yanğın hadisələri ilə bağlı daha 4 nəfər həbs edilib.

BAKI, 22 may — Sputnik. Bakının Binəqədi və Xətai rayonlarında yaşayış binalarında baş verən yanğın hadisələri ilə bağlı daha 4 nəfər həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda "TNH" şirkəti tərəfindən fasadında poliuretan materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğının baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində başlanmış cinayət işi Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq edilən cinayət işinə birləşdirilməklə vahid icraatda istintaqı davam etdirilir.

Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi poliuretan məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə həmçinin, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

36
Mövzu:
Binəqədidə binada baş vermiş yanğın (11)
Əlaqədar
Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək
Yanğınla əlaqədar dörd nəfər həbs edildi
Abutalıbov: Yanan bina ilə bağlı hələ çox həbslər olacaq
Bakıda yanan binanın sakinlərinin bəzi sənədləri pulsuz bərpa ediləcək
Bakıda yanan binada təmir işlərinə başlanılıb
Azərbaycan bayrağı

Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana ordumuza dəstək gəldi

18
(Yenilənib 15:34 29.09.2020)
Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdiriblər

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər də bu məsələyə laqeyd qalmayıblar. Onlar sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdiriblər. Sputnik Azərbaycan onların bir qisminin paylaşımlarını təqdim edir.

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl sosial şəbəkə hesabında "Qarabağ Azərbaycandır!" yazısı ilə şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə "Instagram" izləyicilərinə müraciət edib: "Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi, nə edərdiniz?"

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru, UNESCO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğal edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi "twitter" hesabında yazır: "Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə aparmağa məcbur idi. Azərbaycanın yanında olun!"

Qeyd edək ki, Aleksandr hazırda Delaver Universitetində İspan və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının Prezidenti olub.

Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr bölümünün rəhbəri, Azərbaycanın Xalq artisti Cahangir Novruzov da sosial şəbəkə hesabında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması naminə ədalətli mövqeyini dəstəkləyib. O, şəxsi "Instagram" səhifəsindən "Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə aparır" yazılmış şəkil paylaşıb.

Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb: "Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…"

18
Teqlər:
dəstək, azərbaycanlı məşhurlar, cəbhə xətti, Azərbaycan ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
"Ölənəcən savaşmağa hazırıq": Tovuz sakinləri hər an döyüşə atılmağa hazırdırlar – VİDEO
Bakı bayrağımızın rənglərinə boyandı - FOTO
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
(1:16 / 7.72Mb / просмотров видео: 93)

“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri belə yola salırlar VİDEO

146
(Yenilənib 15:47 29.09.2020)
Paytaxt Bakıda ehtiyatda olan hərbçilərin cəbhəyə və döyüş təlimlərinə göndərilməsinə başlanılıb. Şəhərin mərkəzi hərbi komissarlığının önündə nələrin baş verdiyini videomuzda izləyin.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsi önündə səhər tezdən çağırışçılardan ibarət cərgələr düzülüb. Gənclərimiz döyüş əhval-ruhiyyəsindədirlər və torpaqlarımızı geri qaytaracaqlarından əmindirlər. Onları yola salmaq üçün ailələri və yaxın dostları gələrək hərbçilərimizi xidmətə alqışlarla yola salıblar.

146
Teqlər:
Bakı, könüllü, çağırış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, münaqişə, Dağlıq Qarabağ